Sabah Culfanın bəzi kəndlərində işıq olmayacaq
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. “Report”un yerli bürosunun məlumatına görə, 132/110/10 kilovoltluq sistem əhəmiyyətli “Culfa” yarımstansiyasında aparılacaq cari təmir işləri ilə əlaqədar dekabrın 14-də saat 10:00-dan 11:00-a qədər Culfa şəhəri, Yaycı, Gülüstan və Dizə kəndlərində elektrik enerjisinin verilişində qısa fasilə olacaq.
Hakimlik üçün imtahan keçiriləcək
Dekabrın 15-də Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Bildirilib ki, imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək. İmtahan kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda 378 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan […]
Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI
Bakıda tıxac olan yollar açıqlanıb. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində; 3. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; […]
G7-dən Suriyaya DƏSTƏK
“Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçıları Suriya xalqına və inklüziv siyasi keçid prosesinə tam dəstək ifadə ediblər. Bu barədə G7-nin sədri İtaliyanın Nazirlər Şurası məlumat yayıb. “Bütün tərəfləri Suriyanın müstəqilliyinə və suverenliyinə hörmət edərək, ərazi bütövlüyünü və milli birliyini qorumağa çağırırıq. Bu çərçivədə qanunun aliliyinə, ümumbəşəri insan hüquqlarına, o cümlədən qadın hüquqlarına və […]
Paşinyan və Berse Azərbaycanla sülh müqaviləsi məsələsini müzakirə ediblər
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının Baş katibi Alen Berse ilə telefon danışığında Azərbaycanla sülh müqaviləsinin bağlanması məsələsini müzakirə edib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər Ermənistanın Avropa Şurası ilə əməkdaşlığını da müzakirə ediblər.
Tramp İranla müharibə ehtimalını istisna etməyib
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp İranla müharibənin mümkünlüyünü istisna etməyib. O bunu “Time” jurnalına müsahibəsində bildirib. Tramp Tehranla münaqişənin başlama ehtimalı barədə suala belə cavab verib: “Hər şey mümkündür”. Bununla belə, siyasətçi gələcəkdə İrana qarşı hansı addımların atıla biləcəyini dəqiqləşdirməyib.
Aİ Suriyaya humanitar yardımı artırmağa hazırdır
Avropa İttifaqı (Aİ) Suriyaya humanitar yardımı artırmağa hazırdır. Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Eva Xrnçirova məlumat verib. “Suriyadakı humanitar vəziyyətlə bağlı demək istəyirəm ki, biz yardımımızı artırmağa hazırıq. Keçid məntəqələrinə gəlincə, onların bəziləri açıqdır və humanitar yardım daxil ola bilər. Vəziyyət çox qeyri-sabitdir, biz məlumat almağa və bütün mümkün variantları öyrənməyə çalışırıq”, […]
İranlı deputat: Yarım milyona yaxın insan nikah krediti ala bilmir
İranda yarım milyona yaxın insan nikah krediti almaq üçün növbəyə yazılıb. Bunu İran parlamentinin İqtisadiyyat komissiyasının üzvü Hadi Məhəmmədpur bildirib. Onun sözlərinə görə, maliyyə disbalansı yarandığı üçün kreditlərin ödənilməsinə hökumətin lazım olan resursu çatmır. Bildirilib ki, son illərdə İranın neftdən gələn gəlirləri beynəlxalq sanksiyaların təsirinə məruz qalıb və artan hərbi xərclər də hökumətin iqtisadi gücünə […]
MDB ölkələrinin hökumət başçıları əməkdaşlığa dair bir sıra sənədlər imzalayıb
MDB ölkələrinin hökumət başçıları Şuranın bugünkü iclasında nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq barədə razılığa gəlib və bir sıra sazişlər imzalayıblar. İclasın gündəliyinə 10 bənd daxil edilib. Hökumət başçıları MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparıb, həmçinin nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq haqqında Memorandumu təsdiqləyiblər. Sənəd bu sahədə əməkdaşlığın genişləndirilməsinə və dərinləşdirilməsinə, […]
Bu günədək bələdiyyə seçkilərinə 3 minə yaxın şəxs namizədliyini irəli sürüb
Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə artıq 3 minə yaxın şəxs namizədliyini irəli sürüb. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, təqvim planına uyğun olaraq addımlar atılır: “Təbii ki, biz heç vaxt təqvim planından kənara çıxmağa, yaxud da onun pozulmasına imkan verməyəcəyik. Bizim 685 bələdiyyəmiz var […]