Sahibə Qafarovadan deputatlara irad – “Sizə qulaq asdıqca…”

Milli Məclisin sədri deputatlara irad bildirib. Spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinə münasibət bildirən millət vəkillərinə üz tutub.  “Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir. Sosial sahə […]

HƏMAS da atəşkəsə hazırdır – KİV

“Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı razılaşma bağlamağa hazırdır”. Bu barədə məlumatı “France-Presse” agentliyinə hərəkatın nümayəndəsi açıqlayıb.  “HƏMAS atəşkəs barədə razılaşmaya və girovların mübadiləsinə dair ciddi anlaşmaya hazırdır”, – deyə adı açıqlanmayan mənbə qeyd edib.  Xatırladaq ki, bu gün səhər saatlarından İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib.

“Azeri Light”ın qiyməti artdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.52 ABŞ dolları və ya 0.70% artaraq 75,22 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 74,70 dollar təşkil edib. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal […]

İsraillə “Hizbullah” arasında atəşkəs qüvvəyə mindi

İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib.  Bu barədə məlumatı “Əl-Cəzirə” telekanalı yayıb.  Razılaşmanın yerli vaxtla 04:00-da (Bakı vaxtı ilə 06:00) qüvvəyə mindiyi bildirilib.  Sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşən ərazilərə mərhələli şəkildə nəzarətini nəzərdə tutur. İsrail isə öz növbəsində iki ay ərzində öz hərbçilərini […]

Nazirliklərə kiberhücum edərək fərdi məlumatları əldə edən şəxslər məhkəmə qarşısında

Daha əvvəl məlumat verildiyi kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olub Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə araşdırmalar aparılıb.  Həmin cinayət işi üzrə istintaq yekunlaşdırılaraq toplanmış materiallar ittiham […]

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bakıda tıxac olan yollar açıqlanıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, əsas yol, […]

Yaşayış binasında yanğın: 33 nəfər təxliyə olundu

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub. Yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik naqilləri və 20 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 4-ü uşaq olmaqla 33 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qalan sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

“Həzi Aslanov” stansiyasında təmir başlayır

“Noyabr ayının 30-dan “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılır”.  Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu stansiyanın dalanı qatarların bir yoldan digərinə keçirilməsi, gecələməsi, baxış, xidmət, qulluq və kiçik həcmli təmir işləri üçün nəzərdə tutulmuş texniki sahədir: “İstismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti stansiyanın yol […]

Nazir rəisi işdən çıxardı – Yeni təyinat

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, rəis Elmir Quliyev vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə polkovnik-leytenat Əlfağa Ağayev bu vəzifəyə təyin olunub.(Qaynarinfo)