“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı

“Bir həftədir Bakıdayam. Vaxtım az olsa da, şəhəri ekskursiya edə bildim. Bura çox xoşuma gəldi. Xəzər dənizini və xalça muzeyini görmək, həmçinin köhnə şəhərə baş çəkmək imkanım oldu. Məncə, binalar çox gözəldir, insanlar mehribandır, yeməklər isə çox dadlıdır”. Bu sözləri Bizim.Media-ya norveçli iştirakçı Ase Moller-Hansen bildirib. O, konfransın nəticəsi ilə bağlı fikirlərini də bölüşüb: “Ümumilikdə, […]

İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb. Fərmanın mətnini təqdim edirik: 1. Müəyyən edilsin […]

Prezidentdən nazirlə bağlı – Sərəncam

Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Millətlər Liqası: Pley-off mərhələsinin püşkü atıldı

UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb. Püşk nəticəsində 1/4 final cütləri müəyyənləşib. Bu raundda Niderland İspaniyaya, Danimarka Portuqaliyaya, Xorvatiya Fransaya, İtaliya isə Almaniyaya rəqib olub. İtaliya/Almaniya cütünün qalibi yarımfinalda Niderland/İspaniya duelinin güclüsü ilə görüşəcək. Danimarka – Portuqaliya matçında qalib gələn tərəf isə Niderland – İspaniya görüşündə qələbə qazanan yığma ilə görüşəcək. Qeyd edək ki, […]

BMT: İqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitlər düzgün xərclənilmir

İqlim dəyişikliyi ilə mübarizədə ayrılan vəsaitlər lazımi yerə xərclənilmir. Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) proqram məsləhətçisi Tetet Lauron COP29 çərçivəsində təşkil edilmiş tədbirdə bildirib. Onun sözlərinə görə, artıq iqlim dəyişikliyi ilə mübarizə aparan icmaları dəstəkləmək üçün dövlət vəsaitlərinə ehtiyac var: “Bununla yanaşı, inkişaf etmiş ölkələr bizə borcludur. Burada xeyriyyəçilik üçün toplaşmışıq, amma həm də iqliminiz […]

Nazir sabiq direktora vəzifə verdi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) sabiq direktoru Firdovsi Fikrətzadəyə yeni vəzifə verilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Firdovsi Fikrət oğlu Fikrətzadə Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri vəzifəsinə təyin edilib. O, bu vəzifədə Elman Sadıqovu əvəzləyib. Qeyd edək ki, Firdovsi Fikrətzadə bu ilin avqust […]

COP29-un on ikinci günündən FOTOREPORTAJ

Azərbaycanda keçirilən BMT-nin İqlim sammitinin on ikinci günü davam edir. Son günlər olmasına baxmayaraq, konfrans əvvəlki sürətlə davam edir. Müxtəlif zallarda iclas, görüşlər keçilərkən ümumi zal və dəhlizlərdə ekoaktivistlər fərqli üsullarla iqlim dəyişikliyinin törətdiyi zərərlərə diqqət çəkməyə çalışırlar. Bizim.Media xəbər verir ki, hazırda Mavi Zonada müxtəlif yerli və beynəlxalq təşkilatların fəaliyyətinə start verilib. Beynəlxalq Ətraf Mühit […]

Ermənistan ehtiyatda olan hərbçiləri təlimə çağırır

2025-ci il fevralın 4-dən aprelin 18-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır. Müvafiq qərar layihəsi Ermənistan Müdafiə Nazirliyi tərəfindən təqdim olunub. Bildirilib ki, qərar layihəsi rütbəli zabitlərin və birinci qrup ehtiyatda olan zabitlərin hərbi vərdişlərinin təkmilləşdirilməsi, hazırlanması, zərurət yarandıqda ehtiyatda olan zabitlərin döyüş növbətçiliyinə cəlb edilməsi zərurəti ilə əlaqədardır.  Ehtiyatda olan hərbçilərin 25 […]

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində olublar. Aktualtv.az xəbər verir ki, onlar “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” və “Vəcihə Səmədova – 100: sənətkar ömrünün səhifələri” adlı sərgilərlə tanış olublar. Ziyarət zamanı Leyla Əliyevaya və Arzu […]

Sabunçunun bəzi ərazilərində işıq olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə təmir işləri ilə əlaqədar noyabrın 22-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:30-dan saat 12:30-dək rayonun Bakıxanov qəsəbəsində, İvan Anaşkin, İnqilab, […]