Nazir: Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir

Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, vətəndaş heç vaxt işləməyib, ya da qeyri-formal işləyibsə, ona […]

Sabah hava əsasən yağmursuz keçəcək

Noyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12° isti, gündüz 13-17° […]

Prezident gələn il böyük sosial islahatlar həyata keçirəcək

“Gələn il pensiyaların indeksləşdirilməsi planlaşdırılır”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib. “Ölkə başçısı tərəfindən növbəti ildə böyük sosial islahatlar həyata keçiriləcək. Gələn il həm minimum əməkhaqqının, həm minimim pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, […]

Baş nazirdən şəhid ailələri ilə bağlı – Yeni Qərar

Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qaydalara əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda, eləcədə hər hansı bir səbəbdən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin şəxsin […]

Alimenti təkcə ata ödəməli deyil – Məbləğ necə hesablanır?

Bir çox halda boşanandan sonra da tərəflər arasında mübahisələr davam edir. Təbii ki, narazılıqlar ən çox alimentlə bağlı olur. Maraqlıdır, alimenti ancaq valideynlər ödəməlidir? Onun məbləği necə müəyyən olunur? Ailə Məcəlləsinə görə, nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməkdir. […]

Dünya bazarlarında neftin qiyməti artıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,22% artaraq 1 barelə görə 72,98 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,25% artaraq 1 barelə görə 68,92 ABŞ dolları […]

BİZİM TƏQVİM: 21 noyabrda baş vermiş tarixi hadisələr

Bu gün Qafqazın ən böyük siyasi partiyası olan YAP-ın yarandığı gündür. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı keçirilib. Partiya 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları yaradılıb. YAP-ın təsis konfransında […]

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Daha 4 qanun layihəsi plenar iclasına tövsiyə olundu

Noyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov gündəliyə birinci oxunuşda 4 qanun layihəsinin daxil edildiyini bildirib. O qeyd edib ki, birinci məsələ Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Bu dəyişikliklər vergilərdə güzəştlərlə bağlıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli […]

Azərbaycan və İran əlaqələrinin mövcud vəziyyəti müzakirə edilib

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 20-də İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğunun məmnunluqla vurğulandığı bildirilib: “Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb. Söhbət zamanı […]