ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik noyabrın 9-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət nazirinin müavini Murad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Yenixeber.org xəbər verir ki, təbrik nazirliyin “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub. “Qardaş Azərbaycanı 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə təbrik edirik!” – paylaşımda deyilir.
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır – Siyahı
COP29-la əlaqədar 57 marşrutun hərəkət sxemi dəyişdirilir, 15 marşrutun fəaliyyəti dayandırılır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bu proses 11-22 noyabr tarixlərini əhatə edəcək. Dəyşikliyə əsasən: – 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi təyin edilib. Belə ki, başlanğıc dayanacağı Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan […]
Prezidentdən Dövlət Bayrağı Günü ilə bağlı paylaşım
Azərbaycan Prezidenti İlham Əliyev 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Həmin paylaşımı təqdim edirik:
Mehriban Əliyevadan Dövlət Bayrağı Günü ilə bağlı – Paylaşım
Birinci vitse-prezident Mehriban Əliyeva öz sosial şəbəkə hesablarında 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib. Paylaşımı təqdim edirik:
Üçrəngli bayrağınla məsud yaşa!
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa […]
COP29-un “Yaşıl zona”sına bilet satışı başlayır
Sabahdan etibarən COP29-un “Yaşıl zona”sına bilet satışı başlayır. COP29-da yaşıl zona üzrə tamaşaçı qismində iştirak etmək istəyənlər “İticket.az”dan bilet əldə edə bilərlər. Məhdud sayda olan biletlər pulsuz veriləcək. Müəyyən tarix üçün nəzərdə tutulan bütün biletlər tükəndikcə satış dayandırılacaq. Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək COP29 konfransı 11-22 noyabr aralığını əhatə edəcək.
Amsterdamda israilli azarkeşlərə hücum – 10 yaralı
Amsterdamda İsrailin “Maccabi Tel Aviv”lə Niderlandın “Ajax” klubları arasında baş tutan futbol matçından sonra insident yaşanıb. Oyundan sonra maskalı şəxslər israilli azarkeşlərə hücum edib. Hücum edən şəxslərdən bəziləri Fələstinə dəstəklə bağlı şüarlar səsləndirib. Bununla yanaşı, həmin şəxslər İsrail vətəndaşlarının yerləşdiyi hotellərə daxil olmağa cəhd edib. Hücumun Amsterdamın bir neçə hissəsində qeydə alındığı bildirilib. İsrail Xarici […]
Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb
Xəbərə fotolar əlavə olunub. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar. Dövlət başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb.
Prezident: Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaq
Şəhərimizin ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində söyləyib. Zəfər parkında və tərtib […]