Boliviya Prezidenti Moralesin tərəfdarlarının üç hərbi obyekti ələ keçirdiyini bildirib

Boliviyanın keçmiş prezidenti Evo Moralesin tərəfdarları Koçabamba departamentində üç hərbi obyekti ələ keçiriblər. Bu barədə hazırkı dövlət başçısı Luis Arse teleqramda bildirib. “Boliviya xalqının və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq ki, Evo Moralesə yaxın silahlı qruplar Koçabambada üç hərbi obyekti ələ keçiriblər, hərbçiləri və onların qohumlarını girov götürüblər və onları öldürməklə hədələyirlər”, – o yazıb. Arse […]

Ermənistan COP17-nin ev sahibi seçildi

Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına ev sahibliyi edəcək. Bu barədə məlumatı Ermənistanın ətraf mühit naziri Akop Simidyan öz sosial şəbəkə hesablarında paylaşıb.  Bildirilib ki, Kolumbiyada keçirilən COP16 iqlim konfransının iştirakçı ölkələri Ermənistanı sözügedən tədbir üçün ev sahibi seçib.  Qeyd edək ki, COP16 oktyabrın 21-dən noyabrın 1-nə qədər Kolumbiyanın Kali şəhərində baş […]

Pakistanda partlayış baş verib, yeddi nəfər ölüb

Pakistanın cənub-qərbində baş verən partlayış nəticəsində beşi məktəbli qız olmaqla, azı yeddi nəfər ölüb, 23 nəfər yaralanıb. Bu barədə “Reuters” polis nümayəndəsinə istinadən məlumat yayıb. “Partlayış Mastunq şəhərində qızlar məktəbinin yanında park edilmiş motosikletə bərkidilmiş əldəqayırma qurğudan baş verib. Hədəf polis furqonu idi”, – məlumatda qeyd edilib. Bildirilib ki, ölənlər arasında bir polis əməkdaşı da […]

Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək

Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək. Bu günə qurumun iclası təyin edilməyib. Seçki Məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini MSK təyin edir: “Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi 213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir”. Bundan əvvəlki bələdiyyə seçkiləri hər 5 […]

“Maraqlı söhbət istəyirsinizsə, iclasdan sonra çay için” – Sahibə Qafarova

Vitse-spiker Rafael Hüseynov Milli Məclisdə Qanunvericilik dili və hüquq terminologiyası adlı şöbə yaradılmasını təklif edib. Deputat bunu Milli Məclisin bu gün keçirilən iclasında bildirib. “Şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər. Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir”, – deyə o əlavə edib. Milli Məclisin sədri Sahibə Qafarova da […]

Avtobuslar həmin zolaqlara girə bilər, ya yox?

Xəbər verdiyimiz kimi, bu gündən Bakıda bir sıra küçə və prospektlərdə təşkil edilmiş COP29 zolaqlarına avtomobillərin daxil olması qadağan edilib. Ötən gün aidiyyəti dövlət qurumu tərəfindən həmin zolaqlara müntəzəm marşrut xətləri üzrə avtobusların daxil olmaması ilə bağlı da göstəriş verilib. Lakin bu gün səhər avtobusların sürücü monitorlarına bildirişlər göndərilərək müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusların […]

“28 May” stansiyasının qarşısı hazırda belədir – Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və […]

Avtobusun törətdiyi qəzada ölən Cavidin – Fotosu

Xəbər verdiyimiz kimi, oktyabrın 30-na keçən gecə paytaxtın Binəqədi rayonunda marşrut avtobusu ağır qəza törədib. “Çinar Trans” MMC-nin istismarında olan 133 saylı xətt üzrə hərəkət edən avtobusun törətdiyi qəzada ölən Cavid Məmmədov özəl şirkətlərin birində çalışırmış. Hadisə zamanı onun olduğu “Opel Corsa” markalı avtomobilin sürücüsü Azər Əyyubov da vəfat edib. Bildirilir ki, hadisəni törədən “Karsan” […]

Prezident 28 Mayda aparılan abadlıq işləri ilə tanış oldu

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dəmiryol Vağzalının və metronun 28 May stansiyasının qarşısında aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Neftin bahalaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 1,9% artaraq 1 barelə görə 74,19 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 2,06% artaraq 1 barelə görə 70,69 ABŞ dolları […]