Temperatur 6° enəcək – Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək. Azərbaycanın rayonlarında oktyabrın 26-da şimal və qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin […]
Prezident Fərman imzaladı
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib. Bundan sonra Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan üç müavini olacaq.
Avroparlamentin təsdiqlənən yararsızlığı – onlara yaraşan şumer atalar sözü – ŞƏRH
Avropa Parlamenti qeyri-ciddi, gərəksiz, intriqa ocağı, aravuran bir qurum olduğunu bir daha təsdiqləyib. Oktyabrın 24-də burada Azərbaycan insan hüquqlarının pozulması və Ermənistana münasibətdə beynəlxalq hüququn vəziyyəti haqqında qətnamə qəbul edilib. Çox təəssüfləndirici haldır ki, 453 deputat sənədin lehinə səs verib. Bu parlamentin tərkibinin mahiyyətinin göstəricisidir. Onlar bəlkə də Azərbaycan və Ermənistanın yerləşdiyi coğrafi ərazidən belə […]
Prezident delimitasiya ilə bağlı əsasnaməni təsdiqlədi
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə” təsdiqlənib. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, bu ilin avqustun 30-da imzalanmış “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin […]
BRICS-in yüksəlişi və qlobal sistemə təsirləri – ARAŞDIRMA
2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan BRICS hökumətlərarası qurum kimi bu gün qlobal iqtisadiyyatın və siyasətin transformasiyasında mühüm rol oynayır. Dünya əhalisinin təxminən 45 %-ni və qlobal iqtisadiyyatın 37,4 %-ni əhatə edən bu qurum inkişaf etməkdə olan iqtisadiyyatlara dəstək kimi ön plana çıxır. 2011-ci ildə Cənubi Afrika Respublikasının (CAR), 2024-cü il yanvarın 1-də isə Misir, İran, […]
Bakıda İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırılır
Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsində – İçərişəhərdə və Əziz Əliyev küçəsində təklif edilən layihənin icrasına başlanılacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiq etdiyi layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinə qədər avtomobil hərəkətinin məhdudlaşdırılması, […]
Peşə məktəbləri üçün iki istiqamətdə qiymətləndirmə meyarları təsdiqlənib
“Peşə təhsili müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Peşə təhsili müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiqlənib. Bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Nazirliyin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilib.
Azərbaycanda dönərin qiyməti bahalaşa bilər – VİDEO
Dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlanıb. Aktı Qida Təhlükəsizliyi Agentliyi hazırlayıb. Məqsəd yüksəkriskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunması, eyni zamanda bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə təqdim olunub. Yeni qaydalarda çiy dönər […]
İlham Əliyevdən Qubadlının azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım
Prezident İlham Əliyev Qubadlının azad edilməsinin 4-cü ildpnümü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Zəfər tariximiz – Qubadlının Ermənistan işğalından azad edilməsindən dörd il ötür.”
Tramp ABŞ-ni “dünyanın zibilxanası” adlandırıb
ABŞ demokratların miqrasiya siyasəti səbəbindən dünya üçün zibilxanaya çevrilib. Aktualtv.az xəbər verir ki, bunu Respublikaçı Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Arizonada tərəfdarları qarşısında çıxışı zamanı bildirib. Onun fikrincə, ABŞ vitse-prezidenti və seçkilərdə rəqibi Kamala Harris vəzifəsini tutduqdan sonra qəsdən ABŞ sərhədlərini açıb. O həmçinin vurğulayıb ki, Harris dünyanın hər yerindən həbsxana və psixiatrik xəstəxanalardan […]