TDT Ankaradakı terror aktını şiddətlə qınayıb – FOTO
Türk Dövlətləri Təşkilatı (TDT) Ankarada TUSAŞ-ın istehsal obyektində törədilən terror aktını şiddətlə qınayıb.Bununla bağlı beynəlxalq təşkilat bəyanat yayıb. “Bu xain hücumu şiddətlə qınayır, Türkiyə Cümhuriyyətinə və qardaş türk xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirik”, – bəyanatda deyilr. Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyənin […]
Bakıda bu yollarda sıxlıq var – SİYAHI
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət belədir: 1. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 2. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 4. Zərifə […]
Lukaşenko prezidentliyə namizədliyini açıqladı
Belarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci il yanvarın 26-da keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. Bunu Kazanda Aleksandr Lukaşenkodan müsahibə götürən rusiyalı jurnalist Olqa Skabayeva deyib. “Lukaşenko yeni müddətə namizəd olmaq qərarına gəlib”, – Skabayeva bildirib. Skabayeva deyib ki, Lukaşenkodan yanvarda keçirilən prezident seçkilərində namizəd olub-olmayacağını soruşub. “Bəli Olya, prezident seçkisinə gedəcəyəm”, – Lukaşenko bildirib.
XİN Türkiyədə törədilmiş terror aktını pisləyib
Azərbaycan XİN Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktını pisləyib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb. “Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktını qətiyyətlə pisləyirik. Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, […]
Prezident həmkarı ilə görüşdü – Yenilənir
Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub. Aktualtv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər
Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bakı ilə yanaşı, İspaniyanın paytaxtı Madrid də eyni ildə qitənin ən nüfuzlu klub turnirini təşkil etməkdə maraqlıdır. İspanlar həlledici qarşılaşmanı “Metropolitano” stadionunda keçirməyi planlaşdırırlar. Qeyd edək ki, rəsmi müraciətlər 19 mart 2025-ci ilə qədər təqdim olunmalıdır. […]
İlham Əliyevin təyyarəsini hərbi helikopterlər müşayiət etdi
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Prezidentin təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.
Ermənistanda Polis Qvardiyası yaradılır
Ermənistanda 2025-ci il noyabrın 1-nə qədər Polis Qvardiyası yaradılacaq. Bu barədə Ermənistan daxili işlər nazirinin müavini Arpine Sarkisyan parlamentdə sözügedən məsələ ilə bağlı təşəbbüsün müzakirəsi zamanı danışıb. Onun sözlərinə görə, ilk olaraq qvardiyanı 2025-ci ilin martında yaratmaq planlaşdırılırdı, lakin təşkilati işlər nəzərə alınaraq həmin strukturun yaradılması tarixi gələn ilin noyabrına təxirə salınıb. Eyni zamanda, müzakirələrdən […]
Tuneldə ölən Elnurla Köçəri dəfn edildi
Oktyabrın 22-nə keçən gecə Sabunçuda tunelə yağış sularının dolması nəticəsində həyatını itirən şəxslər dəfn edilib. 48 yaşlı Elnur Fazil oğlu Şirinovun nəşi Kürdəmir şəhər qəbiristanlığında torpağa tapşırılıb. Laçın rayon sakini olan 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasov isə Kürdəmir rayonunun Muğanlı kəndində dəfn edilib. Qeyd edək ki, Elnur və Köçəri ticarətlə məşğul olurmuş. Onlar […]
Avropa Parlamentindən Cənubi Qafqazda sülhə zərbə: əsassız iddialar, məkrli planlar – ŞƏRH
Oktyabrın 22-də Avropa Parlamentində Azərbaycandakı vəziyyət, eləcə də Ermənistanla münasibətlərə dair dinləmələr keçirilib. Dinləmələr gözlənildiyi kimi də nəticələnib. Belə ki, bəzi Avropa siyasətçiləri növbəti dəfə Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış ediblər. Bu baxımdan, xüsusilə Avropa komissarı Nikolas Şmitin səsləndirdiyi fikirləri göstərmək olar. Belə ki, o, bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət […]