Heydər Əliyev prospektində hərəkət bərpa olundu – Foto

Heydər Əliyev prospekti, əsas yol, həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Qeyd edək ki, paytaxtın Heydər Əliyev prospektində Bağırov körpüsünün altındakı tunelin yağış suları ilə dolması səbəbindən burada nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı.

Prezident Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsvirini təsdiqlədi

“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası “Prezidentinin Təhlükəsizlik Milli Qvardiyasının Döyüş Bayrağının təsviri” təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

DYP qeyri-sabit hava şəraiti ilə bağlı yollarda qabaqlayıcı tədbirlər görür

Qeyri-sabit hava şəraiti ilə bağlı respublika əhəmiyyətli avtomobil yollarında qabaqlayıcı tədbirlər davam etdirilir. İntensiv yağan yağışlar səbəbindən respublika əhəmiyyətli avtomobil yollarında bir sıra çətinliklər yaranıb. Buna baxmayaraq, gücləndirilmiş iş rejimində çalışan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi tədbirlərlə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilməyib, qəza ehtimalı yüksək […]

Prezident Fərman imzaladı

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanla saziş qüvvəyə mindikdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə […]

Namazgah-Lahıc yolunda uçqun olub

Son günlər ölkə ərazisinə yağan intensiv yağıntılar nəticəsində İsmayıllı rayonu ərazisindəki Namazgah-Lahıc yolunda kiçikmiqyaslı uçqun hadisəsi qeydə alınıb.  Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib. “Ölkə ərazisində keçirilən monitorinqlərin nəticəsinə görə, hazırda digər ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi stabillik müşahidə olunur. Lakin intensiv yağışların təsirinin növbəti günlərdə müşahidə oluna biləcəyi ehtimalını […]

Sabunçu keçidi”ndə 2 nəfər boğularaq ölüb – Yenilənir

Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış itkisiz ötüşməyib. Paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb. Xatırladaq ki, həmin tuneldə “Ford” markalı avtomobil də batıb. Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı […]

“Bu gün axşam oturub götür-qoy etməliyik” – Bakı meri

“Bu, müəyyən mənada, təbii fəlakət, fövqəladə vəziyyətdir. Normadan artıq yağıntı olub, proses göz qabağındadır”. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib. Bir neçə gündür yağan intensiv yağışların yaratdığı fəsadlara münasibət bildirən E.Əzizov bu gün axşam oturub vəziyyəti götür-qoy etməli olduqlarını da vurğulayıb: “İndi vəziyyəti təhlil etməliyik ki, niyə burada belə bir […]

Siqaretlə bağlı cərimə qəbul edildi

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. Eyni zamanda, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında […]

Lekornu: Livan tamamilə çökə bilər

Livanda atəşkəs qlobal kollektiv təhlükəsizlik üçün zəruridir. Bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib. O qeyd edib ki, Livanda qaçılmaz vətəndaş müharibəsi təhlükəsi var: “Hazırda mövqeyimiz Livanda çox sayda köçkün və bunun fonunda alovlanan məzhəb münaqişələri səbəbindən qaçılmaz vətəndaş müharibəsi qorxusuna əsaslanır. Bundan əlavə, Hizbullahın zəifləməsi vəziyyətə güclü təsir göstərir. Bu, yaxşı xəbərdir, lakin buna […]

Şəhid məlumatlarının vikipediyadan silinməsi parlamentdə müzakirə edildi

“Vikipediyada Azərbaycan şəhidləri barədə məlumatlar birdən-birə silinib”. Bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.  “23 ildir mövcud olan vikipediyada Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib. Çünki vikipediyanın əsas tələbi məqalələlərin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır. Bu sahədə könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir. Bu təmin edilərsə, erməni vikipediyaçılara bu məsələdə […]