Erməniləşən türk torpaqları – ad gününü yiyəsiz qeyd edən İrəvan – TƏHLİL

Azərbaycanın müasir dövrədək gəlib çıxan şəhərlərinin yaşı haqqında müxtəlif rəqəmlər deyilir. Bakı, Dərbənd, Şamaxı, Ərdəbil, Gəncə, Urmiya, İrəvan, Təbriz, Tiflis, Ordubad, Naxçıvan və başqalarının salınması, insanların məskunlaşmasına dair fərqli fikirlər, məlumatlar söylənilir. Bəzən həmin şəhərlərə başqaları da yiyə çıxmağa cəhd göstərirlər. Odur ki, arxeoloji qazıntılar, tarixi mənbələr, etimologiya və başqa dəlillərə əsasən, həmin şəhərlərin indiki […]

Kəmaləddin Heydərov həkimi rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinə yeni rəis təyin edilib. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fuad Məmmədov sözügedən xidmətə rəis təyin olunub. Fuad Məmmədov indiyədək Şamaxı şəhərində həkim kimi çalışıb. Qaynarinfo

Tanınmış nevroloq vəfat etdi – FOTO

Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru, nevroloq Zakir Məmməd oğlu Əliyev vəfat edib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. O, 80 yaşında dünyasını dəyişib.

Türkiyə millisi şaxtaya görə bu gün oyuna çıxmayacaq?

UEFA Millətlər Liqasının 4-cü turunun İslandiya – Türkiyə oyunu təxirə salına bilər. Buna səbəb matçın keçiriləcəyi “Laugardalsvöllur” stadionunun meydançasının oyuna qədər donmaq təhlükəsidir. Bildirilib ki, UEFA nümayəndələri məsələ ilə əlaqədar dünən İslandiya Futbol Federasiyasının nümayəndələri və meydançaya cavabdeh şəxslərlə iclas keçirib. Toplantıda təxirəsalınma ilə bağlı qərar verilməyib. Lakin meydança bu gün yenidən yoxlanılacaq və UEFA […]

Qazax sakini minaya düşdü

Bu gün Qazaxda mina partlayışı baş verib. Hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Belə ki, qoyun otaran 2001-ci il təvəllüdlü İlkin Sarıyev minaya düşüb. O, xəstəxanaya aparılıb.

DYP-nin postunda gərginlik: maşını yandırmaq istədi…

Xaçmaz rayon sakini Təbriz Məhərrəmov “Azsamand” markalı avtomobili dövlət qeydiyyat nişanları olmadan idarə etdityi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb. Bu barədə BDYPİ-dən məlumat verilib. Araşdırma zamanı onun avtomobili sürücülük hüququ olmadan idarə etməsi də müəyyən olunduğundan, hər iki fakt üzrə qanunvericiliyə uyğun tədbir görülüb. Lakin, məsuliyyətdən […]

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi – Qərar

“Texnikabank” ASC-nin (ləğv edilib) Müşahidə Şurasının sədri olmuş Etibar Əliyevin məhkəmə işi 10 il sonra başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2014-cü ildə istintaqı dayandırılan apellyasiya şikayəti üzrə yekun qərar çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda ağır xəstəliyə yoluxduğu üçün mühakimə edilməsi mümkün olmayan Etibar Əliyevin yazılı ərizəsi elan edilib. O, ərizəsində şikayətindən imtina […]

Fətullah Gülən uzun müddət sonra görüntüləndi – Fotolar

FETÖ terror təşkilatının lideri Fətullah Gülən uzun zamandan sonra görüntülənib.Anadolu Agentliyi onun 1999-cu ildən bəri yaşadığı Pensilvaniya ştatındakı yeni evindən çıxarkən dronlar vasitəsilə çəkilmiş görüntülərini yayıb. Qara rəngli “Mercedes”in ön sərnişin oturacağında əyləşən Gülən kameralara tuş gəlib. İki lüks avtomobil naməlum istiqamətə doğru hərəkət edərək onu ərazidən uzaqlaşdırıb. Qeyd edək ki, meşədə yerləşən və təxminən […]

Azərbaycandan Avropaya 9 milyard kubmetrdən çox qaz ixrac olunub

 Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunub. Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, bu aylar ərzində Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz ixrac olunub. Bundan başqa, onun sözlərinə görə, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 4,2 milyard kubmetr qaz nəql edilib. Bu ilin 9 ayı ərzində […]

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdədir. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Cenevrə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər […]