Suriya və İraqdan 8 nəfər Azərbaycana repatriasiya edilib

Suriyadan sentyabrın 18-də altı, İraqdan oktyabrın 7-də iki nəfər Azərbaycana repatriasiya edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suriya və İraqdan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə və İraqa ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycanın həmin ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən […]

Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur. Bu barədə Vəqfin İdarə Heyətinin sədri Birol Akgün Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunun açılış mərasimində məlumat verib. O bildirib ki, həmçinin Gəncə və Naxçıvanda da məktəblərin açılması nəzərdə tutulur. B. Akgün qeyd edib ki, təhsil sahəsində Türkiyə və Azərbaycan arasında əməkdaşlıq sürətlə və […]

Azərbaycan Premyer Liqası: IX tur “Qarabağ”ın futbolçusu üçün əlamətdar olub

Azərbaycan Premyer Liqasının IX turu “Qarabağ” klubunun futbolçusu Toral Bayramov üçün əlamətdar olub. O ölkə çempionatlarında 100-cü oyununu keçirib. 23 yaşlı müdafiəçinin yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib. 100 görüşdə 15 qol vuran futbolçu yalnız bir komandada forma geyinib. Bütün oyunlarını “Qarabağ”ın heyətində keçirən Toralın debütü 2019/2020 mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də, “Zirə” […]

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft yenidən ucuzlaşıb. Hazırda “Brent” markalı neftin bir barreli 77,74 dollara, yüngül neftin bir barreli isə 74,16 dollara satılır.

Gədəbəydə evdə partlayış – Xəsarət alan var

Gədəbəy rayonunun Parakənd kəndində vanna otağında qaz sızmasından partlayış olub. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü A.Cəfərova ağır yanıq xəsarətləri alıb. O, əvvəlcə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına, sonra Gəncədə yerləşən xəstəxanlaradan birinə aparılıb. A.Cəfərovanın vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Enerji içkiləri: Faydaları və zərərləri

Enerji içkiləri tez-tez ayağa qalxmaq və enerji artırmaq üçün istehlak olunur. Lakin, populyarlıqlarına baxmayaraq, onlar ciddi sağlamlıq riskləri yarada bilər və bəzi hallarda ölümlə əlaqələndirilir. ABŞ Milli Sağlamlıq İnstitutunun məlumatına görə, enerji içkilərinin əsas istehlakçıları 18-34 yaşlı kişilərdir. Bundan əlavə, 12-17 yaşlı yeniyetmələrin təxminən üçdə biri bu içkiləri müntəzəm olaraq içir. Enerji içkiləri içməyin mənfi […]

İsrail ordusu Beyrutda “Hizbullah”ın hədəflərinə yeni hücumlar edib

İsrailin Hərbi Hava Qüvvələri Beyrutda radikal “Hizbullah” təşkilatının hərbi obyektlərinə yeni zərbələr endirib. Bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, onların hədəfləri Beyrutda “Hizbullah”ın döyüş qanadının kəşfiyyat qərargahı, kəşfiyyat məlumatı toplama obyektləri, komanda mərkəzləri və təşkilatın istifadə etdiyi digər infrastruktur obyektləri olub. Bundan əlavə, son bir neçə saat ərzində Beyrut ərazisində “Hizbullah”ın silah […]

İlham Əliyev deputatı ad günündə təltif etdi

Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla S.Hacıyev Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə ordenə layiq görülüb. Qeyd edək ki, bu gün Milli Məclisin deputatı Sabir Hacıyevin 70 yaşı tamam olur.

İran XİN başçısı: Livan və Qəzzada atəşkəslə bağlı təşəbbüslər var

Livan və Qəzzada atəşkəslə bağlı təşəbbüslər var. Bunu Suriyada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib. O, bu təşəbbüs və məsləhətləşmələrin nəticə verəcəyinə ümid etdiyini bildirib. A.Əraqçi söyləyib ki, bu gün Suriyadakı müzakirələrin əsas mövzusu Livan və Qəzzadakı durum olacaq.

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası oktyabrın 8-də keçiriləcək. İclasın gündəliyinə 27 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Azərbaycan Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında 2. Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında 3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. 4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi […]