“Hizbullah” liderinin öldüyü təsdiqləndi

“Hizbullah” lideri Həsən Nəsrullahın sentyabrın 27-si Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyü rəsmi olaraq təsdiqlənib. Bununla bağlı İsrail Müdafiə Nazirliyi məlumat yayıb. “Həsən Nəsrullah dünən İsrail Hərbi Hava Qüvvələrinin Beyrutda endirdiyi zərbə nəticəsində öldürülüb”, – məlumatda deyilir. Qeyd edək ki, “Hizbullah” hərəkatının lideri Şeyx Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah da Beyrutun cənubunda İsrailin […]

Xamənei Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

İranın ali rəhbəri Seyid Əli Xamənei Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahın hədəfə alınmasından sonra Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Məlumatı “Azad İran” yayıb. Məlumata görə, iclas İsrail ordusunun Beyrutun cənubunda “Hizbullah”ın mövqelərinə hücumundan və qruplaşmanın lideri Həsən Nəsrullahın hədəf alınmasından sonra çağırılıb. Qeyri-rəsmi mənbələrə görə, İsrail qruplaşması “Hizbullah”ın Beyrutdakı mərkəzi qərargahını bombalayıb. Həsən Nəsrullahın da […]

“Azeri Light” bu gün neçəyə satılır?

Dünya bazarlarında Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,08 ABŞ dolları və ya 1,43% azalaraq 74,35 dollarına bərabər olub. Qeyd edək ki, ötən gün Azərbaycan nefti 75,43 dollara ticarət edilib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda […]

Toyuna hazırlaşan qız faciəvi şəkildə öldü – Foto

Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə Tərtər şəhərində yerləşən beşmərtəbəli binaların birində baş verib. 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı […]

Bitum daşıyan yük maşını aşdı, maye yola dağıldı – Foto

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb. Qeyd olunub ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun “20 Yanvar” stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

3 rayonda qaz olmayacaq 

Xəzər, Sabunçu və Binəqədi rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.  Bu barədə “Azəriqaz” İB məlumat yayıb. Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Stansiya Qala yaşayış massivi, Ləhiş bağları ərazisində, həmçinin Binəqədi şosesi-1, 1-ci, 2-ci, 3-cü Mədən əraziləri, M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsi, Baksol ərazisi, Zəngəzur yaşayış massivi […]

BDU-nun tələbəsi qəzada öldü

Bakı Dövlət Universitetinin (BDU) IIl kurs tələbəsi Kənan Abıyev avtoqəza nəticəsində vəfat edib. Bu haqda universitetin sosial şəbəkə hesabında məlumat verilib. Qeyd olunur ki, K. Abıyev Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Politologiya ixtisası üzrə təhsil alırdı.

Yanğından bu fotolar geridə qaldı…

Xəbər verdiyimiz kimi, bu gün Bakının Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən boya sexində yanğın baş verib.  Hadisə nəticəsində bir nəfər qadın tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.  Yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.(“Report”) Yanğın yerindən çəkdiyi fotoşəkilləri təqdim edirik:

Polkovnik saxlanıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanov saxlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Qurbanov korrupsiya cinayətlərində və dələduzluqda şübhəli bilinir. Hazırda polkovnikin prokurorluqda ifadəsi alınır. Xatırladaq ki, ötən gün Xidmətin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov da həbs olunub.

Bakıda güclü yanğın başladı – Yenilənir

Bakının Xətai rayonu ərazisində, Xəzər TV-nin yaxınlığında yanğın başlayıb. Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.  Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb. *** Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın hadisəsi Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verib.  Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. *** Daxili İşlər […]