Xaricdə təhsil alanlar imtahan verəcək
“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. Peşə tanınması üzrə növbəti imtahan 6 oktyabrda DİM-in elektron imtahanlar korpusunda kompüterlər […]
Sabah leysan yağacaq, dolu düşəcək
Sentyabrın 27-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın […]
Leyla Əliyeva qadın və uşaq sığınacağını ziyarət edib – FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mehriban Zeynalovanın sədri olduğu qadın və uşaq sığınacağında olub. Leyla Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında fotolar paylaşıb.
FHN əməkdaşı faciəvi şəkildə öldü: toyu olacaqdı – Foto
Ağcabədidə FHN əməkdaşının ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Ötən gün baş verən qəza zamanı həyatını itirən Mahir Şükürzadə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində xilasedici vəzifəsində çalışıb. Mərhum nişanlı olub. Nənəsi dünyasını dəyişdiyi üçün toyu bir dəfə təxirə salınıb. Məclis bu yaxınlarda baş tutacaqdı. Xatırladaq ki, hadisə ötən gün Ağcabədinin Poladlı kəndində qeydə […]
Zakir Həsənov “Xilaskar” PUA-sını izlədi – Video
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Milli Müdafiə Universitetinə (MMU) və Azərbaycanın digər təhsil müəssisələrinə məxsus stendlərlə tanış olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə nazirinə məlumat verilib ki, MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutunun komandası Türkiyə Respublikasında keçirilən TEKNOFEST 2024 texnologiya müsabiqəsinin seçim […]
Rusiya “çıxış yolunu” nüvə silahında görür? – Putin doktrinanı YENİLƏDİ
Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında nüvə doktrinasında dəyişikliklər edildiyini açıqlayıb. Putin hər hansı dövlətin adi silahlarla hücum edəcəyi təqdirdə nüvə silahından istifadə edə biləcəklərini açıqlayıb. Yeni doktrinaya görə, Rusiyaya qarşı raket, təyyarə və ya PUA hücumu olarsa, Moskva nüvə silahından istifadə edə bilər. Rusiya prezidenti bəyan edib ki, bu dəyişikliklər “müasir hərbi […]
Moldovada RİA “Novosti” saytına giriş bloklanıb
Moldovada RİA “Novosti” saytına giriş bloklanıb. Bloklama qərarı Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş arzuolunmaz Rusiya KİV-nin siyahısını genişləndirmək çərçivəsində qəbul edilib. Qeyd edək ki, Moldova Xarici İşlər Nazirliyi ABŞ-nin RT və “Rossiya Seqodnya” xəbər agentliyinə qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib. RİA “Novosti” xəbər agentliyinin resurslarının bloklanması ilə bağlı hələlik rəsmi şərh verilməyib.(APA)
UEFA Avropa Liqası: “Qarabağ” bu gün İngiltərədə “Tottenhem”lə üz-üzə gələcək
“Qarabağ” bu gün UEFA Avropa Liqasında İngiltərənin “Tottenhem” klubu ilə üz-üzə gələcək. Liqa mərhələsinin I turunun matçı Londonda keçiriləcək. “Tottenhem” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edəcək. UEFA Avropa Liqası Liqa mərhələsi, I tur 26 sentyabr 23:00. “Tottenhem” (İngiltərə) – “Qarabağ” Baş hakim: Villi Delajo (Fransa). […]
Bakının bir sıra yollarında tıxac müşahidə edilir
Bakının bir sıra yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. […]
Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Qaradağ rayonundakı “Sahil QTM”-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 26.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Qaradağ rayonu, Sahil qəsəbəsindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.