Azərbaycan Prezidenti: Bizə qarşı ideoloji təxribatlar davam edir
Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir. Bu fikirləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib. “Bizə qarşı aparılan çirkin oyunları ifşa […]
Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib – YENİLƏNİB
Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib. Bu barədə məsələ VII çağırış parlamentin ilk iclasında səsverməyə çıxarılıb. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. S.Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da S.Qafarova VII çağırış Milli Məclisin […]
MM-də iclas: İlham Əliyev iştirak edir
Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Türkiyədə təyyarə qəzası: iki pilot öldü
Türkiyənin Bursa şəhərində təlim təyyarəsi qəzaya uğrayıb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində hər iki pilot ölüb. Qəzanın səbəbi hələ ki məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.
YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub
Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub. Bu barədə partiyanın yeni seçilmiş deputatlarının iclasında qərar qəbul edilib. Xatırladaq ki, daha əvvəl Sahibə Qafarova VI çağırış Milli Məclisin sədri olub.
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin […]
Ukrayna müharibədə 80 min əsgər itirib? – Zelenski
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin müharibədə 80 min əsgər itirdiyi barədə yayılan məlumatları təkzib edib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Ukraynalı əsgərlərin 80 min itkisi yalandır. Real rəqəm xeyli aşağıdır”, – deyə Zelenski vurğulayıb. Xatırladaq ki, “Voll Strit Jurnal” (WSJ) qəzeti müharibədə həlak olan ukraynalı hərbçilərin sayının 80 min nəfərə çatdığını yazıb.
İran səfirinə hücumla bağlı Tehrandan yeni açıqlama
İran səfirinə hücum beynəlxalq hüququn pozulmasıdır. Bunu İranın BMT-dəki səfiri Əmir Səid İrəvani deyib. “Beyrutda İran səfirinə hücum beynəlxalq hüquq və diplomatik normaların açıq şəkildə pozulmasıdır. İran qətiyyətlə Livan hökuməti və xalqının yanındadır. Tehran bu cinayətlərə görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verdikləri günə qədər rahat olmayacaq”.
İsrail Qəzzada məktəbi bombaladı: 10 ölü
İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. Bu barədə “Tayms of İsrail” nəşri məlumat yayıb. Bildirilib ki, Həmas əl-Fəlah məktəbindən İsrailə qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək üçün istifadə edirdi.
Sumqayıtda əməliyyat: cinayətkar dəstə saxlanıldı
Sumqayıtda soyğunçuluqda və oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 18-də 17-ci mikrorayon ərazisində 65 yaşlı bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda, müxtəlif vaxtlarda isə şəhər ərazisində 4 evdən ümumilikdə 6700 manat dəyərində qızıl-zinət əşyaları və 1300 […]