Prezident “Aghdam City Hotel”in açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “Aghdam City Hotel”in açılışında iştirak edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Ağdamda Divar kağızları istehsalı zavodunun açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun açılışında iştirak edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Sabah leysan yağacaq, dolu düşəcək
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm […]
İlham Əliyev və Heydər Əliyev Kəngərlidə aparılan bərpa işləri ilə tanış oldular
Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olublar. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi – Sərəncam
Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan […]
Bakıda tələbə “Audi” ilə qəza törətdi – Ölən var
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Paytaxt sakini, 2006-cı il təvəllüdlü Ayaz Sultanov Mərdəkan qəsəbəsində idarə etdiyi “Audi A6” markalı avtomobillə yolu keçən 52 yaşlı Kəklik Əliyevanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb. Bildirilir ki, hadisəni törədən gənc Bakıdakı universitetlərdən birinin 2-ci kurs tələbəsidir. […]
Bakıda bu yollarda sıxlıq var – SİYAHI
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, hər iki istiqamətdə; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Babək prospekti, mərkəz istiqamətində; 5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank […]
Livanda rabitə cihazları partlayır – 3 ölü, 100 yaralı
Livanda yenidən partlayışlar baş verib. Bu barədə “Al Hadath” məlumat yayıb. “Hizbullah hərəkatının üzvlərinin istifadə etdiyi rabitə cihazları partlayıb”, – məlumatda qeyd olunub. Bildirilir ki, Livanın müxtəlif ərazilərində baş verən partlayışlarda təxminən 100 nəfər yaralanıb. Livan mediası yazır ki, bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil radiolarıdır. Partlayışlar yaşayış binalarında və mobil […]
Kişilər rus qadınlarının bu sirrini aça bilmir – Putin
Rus qadınları Rusiyanın ruhunu, gözəlliyini ortaya qoyur. Bunu Rusiya Prezidenti Vladimir Putin “Rus qadınları peşəkar nailiyyətləri və ailəni necə birləşdirəcəyini bilirlər, bu, kişilər üçün mümkün olmayan bir sirrdir”, – Putin bildirib.
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaratdı
Estoniya ölkənin cənubunda Rusiya ilə sərhədin yaxınlığında yeni hərbi baza yaradıb. “Reedo” bazası 14 tikilidən ibarətdir. Yuba kəndində yerləşən bu bazaya min nəfərə qədər şəxsi heyət yerləşdirməyin mümkün olduğu qeyd olunub. “ERR” qeyd edib ki, baza NATO-nun müdafiə planlarına uyğun olaraq hazırlıqlar üçün toplanma nöqtəsi kimi istifadə ediləcək.