Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib – EKSKLÜZİV
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib. “Report”un əldə etdiyi məlumata görə, İ. Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd […]
İraqda Azərbaycan Ticarət Evi açılacaq
İraqda Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulur. Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azəbaycan-İraq Biznes Forumunda bildirib. O həmçinin qeyd edib ki, gələn il Azərbaycandan ticarət-ixrac missiyası İraqa səfər edəcək. Biznes Forumda Azərbaycandan 50-yə yaxın, İraqdan isə 15 şirkət iştirak edir.
Tokayev: “TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik”
Orta Dəhlizin gələcək inkişafı geniş investisiya perspektivləri açır və bu baxımdan Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM – Orta Dəhliz) Trans-Avropa Nəqliyyat Şəbəkələrinə (TEN-T) inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edir. “Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Astanada Mərkəzi Asiya və Almaniya liderlərinin görüşü zamanı deyib. “Orta Dəhlizin gələcək inkişafı, […]
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Davamlı İnkişaf üzrə Regional Direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşüb. Müzakirələr zamanı Dünya Bankının Azərbaycanda, xüsusilə su və […]
Paşinyan Bakıya dəvət edildi – Rəsmi
Ötən ilin dekabr ayında əldə olunmuş razılığa əsasən, Ermənistan tərəfi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə namizədliyini dəstəkləyib. Bunun əvəzində Azərbaycan tərəfi də Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyib. Bu sözləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Report-a müsahibəsində deyib. “Qarşıdan gələn noyabr ayında […]
İranlı aparıcı Azərbaycanla bağlı bu sözlərinə görə qovuldu
İran dövlət televiziyasının “Üfüq” kanalının aparıcısı Hüseyn Hüseyni işdən çıxarılıb.Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, ermənipərəst və qatı anti-Azərbaycan mövqeli ekspert Ehsan Movəhhedianın da iştirak etdiyi verilişdə iranlı aparıcı Azərbaycan dövlətini “Şimali Azərbaycan” adlandırıb. Eyni zamanda, o, Azərbaycanın İranın “keçmiş əziz parçası” olduğunu dilə gətirərək deyib ki, inşallah, tezliklə Azərbaycan İrana […]
Azərbaycan QHT-ləri: Ermənistanla Aİ arasında ticarətin 2,4 dəfə artması təəccüb doğurur
Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə Ukraynadakı müharibəni maliyyələşdirir. Bu barədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) ABŞ və Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktubunda bildirilib. Qeyd olunub ki, Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı sanksiya tətbiq edilməsinə baxmayaraq, bir sıra Aİ ölkələri Rusiya Federasiyası ilə Ermənistan […]
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,19 ABŞ dolları, yaxud 0,25 % azalaraq 76,11 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 73,07 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından […]
Bakıda bu yollarda sıxlıq var – SİYAHI
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət:
Ukraynada “ən qaynar” döyüşlərin getdiyi yer açıqlandı
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “ən qaynar” döyüşlərin getdiyi ərazini açıqlayıb. Bu haqda idarənin teleqram kanalında məlumat verilib. “Bu gün döyüşlərin getdiyi “ən qaynar” ərazi Kuraxovskdur”, – məlumatda bildirilir. Qeyd olunur ki, toqquşmalar Pokrovski istiqamətində də gedir.