Bakıda qadın iki kişini bıçaqladı
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/bicaq.jpg)
Bakıda qadın 2 kişini bıçaqlayıb. Hadisə sentyabrın 15-i saat 09 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində qeyd alınıb. Salyan rayon sakini 1982-ci il təvəllüdlü Y.Vəliyeva yaşadığı evdə qonşusu Lənkəran rayon sakini 1978-ci il təvəllüdlü A.Quliyevi və qeyri-rəsmi nikah münasibətlərində olduğu 1983-cü il təvəllüdlü K.Dadaşovu bıçaqlayıb. A.Quliyev qarın nahiyəsindən daxilə nüfuz edən, K.Dadaşov isə qol nahiyəsindən xəsarət […]
Bu gün 10:00-dan 17 sentyabra kimi… – Xəbərdarlıq
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/magnit.jpg)
Bu gün Yer kürəsində yenidən güclü maqnit qasırğası başlayacaq. Bu barədə “Fobos” hava mərkəzi məlumat yayıb. “Saat 10:00-dan başlayaraq planetdə zəif maqnit qasırğası başlayacaq. Günortadan 19:00-dək biz G3 (güclü) səviyyəsində Yerin maqnit sahəsində müəyyən dərəcədə pozulma gözləməliyik”, – məlumatda bildirilib. Maqnit qasırğası sentyabrın 17-si saat 13:00-dək davam edəcək.
Şuşada 33 ildən sonra ilk zəng çalınıb
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/961b27e4-693a-3ca9-8b1c-8fa14460c008_850.jpg)
Şuşa şəhərində 33 ildən sonra ilk zəng çalınıb. “Report”un Şuşaya ezam olunan əməkdaşının məlumatına görə, 33 illik fasilədən sonra Şuşaya köçürülən ailələrin övladları Şuşa şəhər 1 saylı tam orta məktəbdə yeni tədris ilinə başlayıblar. Yenidən qurulan məktəb 960 yerlik olmaqla, beş bloklu və üç mərtəbəlidir. Müasir standartlara uyğun inşa edilən məktəb hər biri 24 şagird […]
Azərbaycanda ilk dərs günüdür
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/mekteb.jpg)
Bu gün Azərbaycanda 2024-2025-ci tədris ilinin ilk dərs günüdür. Azərbaycanda məktəblərdə dərslər “Bilik Günü” hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır. Yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə I siniflərə 132, məktəbəhazırlıq qruplarına isə 89 mindən çox uşaq qəbul olunub. Bakı Şəhəri […]
Formula 2-də sprint yarışının qalibi bəlli oldu – Yenilənib
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/formula3-1.jpg)
Azərbaycan Qran-Prisində Formula 2-də sprint yarışına start verilib. Yarış saat 14:15-də start götürüb. *** Formula 2 sprint yarışın qalibi müəyyənləşib. “AIX Racing” komandasından Coşua Dürksen birinci olub.
2024-cü ildə tətil üçün dünyanın ən yaxşı ölkə və şəhərləri – SİYAHI
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/1726291010_1726232021_1cd421e16d914a2ccaaa69e9f10866043-jpg.jpg)
Beynəlxalq turizm agentliyi “Flight Center” bu il ən yüksək reytinqə malik 10 ölkə və şəhəri müəyyən etmək üçün Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika, Kanada və Böyük Britaniyadan olan 170 000-dən çox səyahətçinin cavablarını təhlil edib. Yeni araşdırmaya görə, Portuqaliya 94% ümumi məmnunluq dərəcəsi ilə dünyanın ən yaxşı ölkəsi seçilib. Cənubi Sakit okeandakı Kuk Adaları isə […]
Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/66e560b34e54d66e560b34e54e1726308531ec7fd96853a2fc68fa996a526590cc2b.jpeg)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib. Əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, F.Səttarova bu gün vəfat edib və II Fəxri xiyabanda torpağa tapşırılıb.
“Alpin” pilotu Bakıda uğursuzluqla üzləşdi
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/formula1.jpg)
“Alpin” komandasının pilotu Esteban Okon Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib. Üçüncü sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb. Onun avtomobili trasda dayanıb, nəticədə qırmızı bayraq qaldırılıb. Qısa fasilədən sonra sınaq yürüşü davam etdirilib. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
KİV: Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/22aa7221-249e-36b8-9396-ae35bfd09c6d_850.jpg)
Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub. Bu barədə Türkiyə KİV-i yazıb. Bildirilib ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır: “Rəsmi Tehran düşünür ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Azərbaycanın regiondakı nüfuzu daha da güclənəcək. İran bunu təhdid kimi qəbul edir. İran bunun regionda, xüsusilə Cənubi Azərbaycanda milli kimlik hissini artıracağından narahatdır. Başqa bir məsələ […]
Dövlət Departamenti: Blinken Azərbaycanla Ermənistan arasında danışıqlardakı irəliləyişi alqışlayır
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/25aba468-1f3f-451e-99db-f0f6b60e3547_850.jpg)
ABŞ Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır, xüsusilə sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları qeyd edir. Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda baş tutmuş telefon danışığını şərh edən Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirilib. M.Miller […]