Böyük Qafqazın bəzi yerlərinə leysan, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bəzi dağlıq və dağətəyi rayonlarda isə arabir yağış yağıb, şimşək çaxıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağıb. Düşən yağıntının miqdarı: […]

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft yenidən bahalaşıb. “Brent” markalı neftin bir barreli 72,29 dollara, yüngül neftin bir barreli isə 69,32 dollara satılır.

Ronaldonun izləyici sayı 1 milyardı ötdü

Portuqaliya millisi və “Əl Nəsr” klubunun hücumçusu Kristiano Ronaldonun sosial şəbəkələrdə izləyici sayı 1 milyardı ötüb. Bu barədə futbolçu özünün İnstaqram səhifəsində məlumat yayıb. Ronaldo qeyd edib ki, onun İnstaqram səhifəsində 639 milyondan çox, Feysbukda 170 milyondan çox, X-da 113 milyondan çox, Yutubda 60.5 milyon, Kuayşuda 9.3 milyondan çox, Veyboda 7.5 milyondan çox izləyicisi var. […]

Narinin anası və qardaşı haqda həbs qərarı verildi

Türkiyənin Diyarbəkir şəhərində qətlə yetirilən 8 yaşlı Narin Güranın cinayəti ilə bağlı 8 nəfər barəsində həbs qərarı verilib. Bu barədə “Milliyet” məlumat yayıb. Bildirilib ki, həbs edilənlər arasında azyaşlının anası Yüksel Güran, 18 yaşlı qardaşı Enes, əmisi Fuat Güran, qohumu Muhammet Kaya, əmisinin yoldaşı Maşallah Güran və qızı Birsen Güran, bibisinin əri Mehmet Şevket Kaya, […]

Tozu dumana qatdılar – Azərbaycanda ilk!

Azərbaycanda ilk dəfə “Formula Drift Azerbaijan” yarışı keçirilib. Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi və “Nargis” Fondunun təşkilati dəstəyi ilə iki gün ərzində “Test and Training Azerbaijan” Təlim Mərkəzində baş tutan yarışda ölkəmizin 12 pilotu iştirak edib. Yarışın birinci günü kvalifikasiya turu olub. Bu turda Niyaz Bediyev – birinci, Rəhman Şıxəliyev – ikinci, Elvin Xudaverdiyev isə üçüncü […]

İran XİN həmin səfirləri çağırdı

İran Xarici İşlər Nazirliyi Böyük Britaniya, Fransa, Niderland və Almaniya səfirlərini öz ölkələrinin İrandan Rusiyaya hərbi yardım göstərməsi ilə bağlı bəyanatlarından sonra çağırıb. Bu barədə “Mizan” agentliyi məlumat yayıb. “Bəzi Avropa ölkələrinin qeyri-konstruktiv bəyanatlarından sonra Böyük Britaniya, Fransa, Niderland və Almaniyanın Tehrandakı səfirliklərinin rəhbərləri Xarici İşlər Nazirliyinə çağırılıb”, – bəyanatda qeyd olunub. Qeyd edək ki, […]

Ceyhun Bayramov Qətərin yeni səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Məhəmməd Həməd Səad əl-Hacirini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, C.Bayramov səfir Məhəmməd Həməd Səad əl-Hacirini təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. Görüş zamanı Azərbaycan və Qətər arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq […]

“Fransanın buna ixtiyarı yoxdur” – Rəsmi Bakı

“Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Teo Klerkə qarşı guya “ayrıseçkilik” edilərək onun barəsində məhkəmə tərəfindən “haqsız qərar verilməsi” barədə bəyanatı, bununla, özünü “hüquqi dövlət” adlandıran Fransanın Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbuledilməzdir. Fransa tərəfindən səsləndirilən iradlarının heç bir əsası yoxdur”. Bunu XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və Xarici […]

İlk səfərini İraqa edən Pezeşkianın ziyarəti və ticarəti – ANALİZ

İran Prezidenti Məsud Pezeşkian hökumət başçısı kimi ilk rəsmi səfərini İraqa edib. Bu səfərlə bağlı bir sıra suallar yaranıb. Çünki seçkiqabağı kampaniya zamanı Azərbaycan türkcəsində danışması ilə güney azərbaycanlıların rəğbətini qazandığı, Azərbaycana xoşməramlı münasibət sərgiləməsi və başqa məsələlərlə bağlı bəziləri onun ilk səfərini Bakıya edəcəyini gözləyirdi. Ancaq bu baş verməyib. Rusiya Prezidenti Vladimir Putin onu […]

Numan Kurtulmuş: 1982-ci il konstitusiyasından xilas olmağın vaxtı çatıb

1982-ci il konstitusiyasından xilas olmağın vaxtı çatıb. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “X”də yazıb. O bildirib ki, hazırkı konstitusiya çevriliş məhsuludur: “Çevriliş konstitusiyanı tarixin zibilliyinə atmaq və millətin iradəsini sözün əsl mənasında əks etdirən, demokratik, sivil, azad ruhlu konstitusiya tərtib etmək ən böyük vəzifəmizdir. Ancaq belə bir konstitusiya hüququn aliliyini sözün […]