Frank Şvabe Don Kixotluq edir: Satılmış siyasətçilər özləri ilə vuruşurlar – ŞƏRH

Artıq bir neçə ildir ki, Qərb dairələrində Azərbaycana qarşı kampaniya başladılıb. Bunun əsas səbəbi bir çox ölkənin və beynəlxalq təşkilatın rəsmi Bakının geosiyasi proseslərə istiqamət verən aktor olmasını qəbul etməməsi, sadə dillə desək, gözü götürməməsidir. Belə ki, çoxlarına məlum olduğu kimi, Azərbaycan İkinci Qarabağ müharibəsi və birgünlük antiterror əməliyyatından sonra regionda yeni reallıqlar yaradıb. Və […]

“Ferrari”nin rəhbəri: Lekler və Saynsla Bakıda hər şeyi mükəmməl yerinə yetirməyi hədəfləyəcəyik

Şarl Lekler və Karlos Saynsla Bakıda hər şeyi mükəmməl şəkildə yerinə yetirməyi hədəfləyəcəyik. Bunu “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Ferrari” komandasının rəhbəri Frederik Vasseu Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib. O, İtaliya təmsilçisinin Bakıda hər zaman rəqabət apara bildiyini söyləyib: “Biz yaxşı iş görmək istəyirik. İlk olaraq diqqətimizi özümüzə yönəltməyimiz vacibdir. Montsadakı qələbədən […]

Bu liseylərin direktorları işdən çıxarıldı

Bakıda iki liseyin direktoru işdən çıxarılıb. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov və Kimya, biologiya təmayüllü respublika liseyinin direktoru Kamran Rəhimov vəzifələrindən azad edilib. Onlar çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurublar. Direktor vəzifəsinə hələlik təyinat yoxdur. Qeyd edək ki, Tariyel Talıbov 1993-cü ildən Fizika, riyaziyyat və informatika təmayüllü […]

Sabah yağış yağacaq

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-31° […]

Tanınmış rusiyalı jurnalist vəfat etdi

Rusiyalı tanınmış telejurnalist Nikolay Svanidze vəfat edib. 69 yaşlı telejurnalist ötən gecə dünyasını dəyişib. Son illərdə beyin işemiyasından əziyyət çəkdiyi bildirilib. Qeyd edək ki, 1991-ci ildən Svanidze bir sıra tarixi televiziya proqramlarının və filmlərinin müəllifi və aparıcısı olub. “Təfərrüatlar”, “Təzadlar”, “Zaman məhkəməsi”, “Tarixi proses” verilişlərinə aparıcılıq edib. O, həm də “Zerkalo” proqramının müəllifi olub.

Bakıya bu yollarla daxil olun – Polisdən MÜRACİƏT

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sabah başlayacaq “Formula-1” yarışları ilə əlaqədar sürücülərə müraciət edib. Həmin müraciəti təqdim edirik: – Sabah başlayacaq “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur […]

İsrail Qəzzada məktəbi bombaladı – 18 nəfər öldü

İsrail ordusu Qəzzadakı “Əl-Cauni” məktəbinə aviazərbələr endirməsi nəticəsində ilkin məlumata görə 18 nəfər ölüb. Bu barədə “Aj-Jazeera” telekanalı məlumat yayıb. Bildirilir ki, onların arasında qadınlar və uşaqlar, eləcə də BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşları da var.(APA)

Ermənilər Naxçıvanı yenə atəşə tutdu

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb. Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub: “Bölmələrimiz tərəfindən qeyd […]

Bakının üç rayonunda qaz olmayacaq

Bu gün Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq. B barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilir ki, Binəqədi rayonunun 8-ci mikrorayon, S.S.Axundov küçəsində siyirtmənin quraşdırılması, Yasamal rayonunun Hüseyn Cavid prospektində yeraltı qaz xəttində aşkarlanan sızmanın ləğv edilməsi, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və qaztənzimləyici […]

Bu məktəb qardaşlığımızın növbəti bariz nümunəsidir.

 Kahramanmaraş şəhərindəki Heydər Əliyev adına ibtidai məktəb Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin növbəti bariz nümunəsidir. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Kahramanmaraş şəhərində jurnalistlərə açıqlaması zamanı bildirib. Nazir vurğulayıb ki, Kahramanmaraş şəhərindəki məktəbin şagirdləri iki qardaş ölkə arasında dostluğun daha bir halqasına çevriləcək. “Ümid edirəm ki, Türkiyədə 2023-cü il fevral ayında baş vermiş […]