SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/salami.jpg)
Fələstin xalqı tezliklə qələbənin şirin dadını, İsrail və başqa düşmənlər də məğlubiyyətin acı dadını dadacaqlar. Bu sözləri SEPAH komandiri Hüseyn Salami deyib. “İran ABŞ-la hərbi silahlarla deyil, gənclərin inanc silahları ilə vuruşur. Buna görə də ABŞ-la hər hansı razılaşmaya getməyəcəyik”, – Salami bildirib.
Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayətin – Detalları
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/332e4da0-bbd3-3890-a759-8195f6e481a1_850.jpg)
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanı Cənubi Qafqazda sülh uğrunda canları bahasına mübarizə aparanlara hörmətlə yanaşmağa çağırıb. Bunu M.Zaxarova Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası və Paşinyanın sənədin mətnini təhrif etdiyi son bəyanatları ilə bağlı “News.ru”nun sualını cavablandırarkən bildirib.
Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayətin şok detalları
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/92abee0a-2b36-3789-9aab-2fde7aec0ded_850.jpg)
Daha əvvəl məlumat verildiyi kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olub, Azərbaycan Respublikasının vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi aparılır. “Report”un əldə etdiyi məlumata görə, sentyabrın 11-də Bakı şəhəri Səbail rayon məhkəməsində iş üzrə […]
İşdən çıxarılan bələdiyyə sədrinə elektron qolbaq taxıldı
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/qolbaq.jpg)
Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sabiq sədri Zöhrab Məmmədovun məhkəməsi başa çatıb. Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Z.Məmmədov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib. Zöhrab Məmmədovun saat 23:00-dan 07:00-dək yaşadığı yeri və Tovuz […]
Nazir: İraq Türkiyə ilə əlaqələri inkişaf etdirmək üçün ciddi siyasi iradə ortaya qoymalıdır
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/0f082035-69bf-3719-a2b5-3ad889217763_850.jpg)
İraq Türkiyə ilə əlaqələri inkişaf etdirmək üçün ciddi siyasi iradə ortaya qoymalıdır. Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Anadolu” informasiya agentliyinin efirində deyib. O, bildirib ki, bu, enerji sahəsində də ikitərəfli əlaqələri gücləndirə bilər. Nazir söyləyib ki, ikitərəfli əlaqələrin inkişafı həm Türkiyənin, həm də İraqın maraqlarına uyğundur: “Buna mane olan heç bir […]
Ermənilər Naxçıvanı atəşə tutdu
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/66e15154dc99e66e15154dc99f172604245266e15154dc99b66e15154dc99c.jpg)
Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
İmişlidə itən uşağa görə etirazlar BAŞLADI
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/66e141154ac2166e141154ac22172603829366e141154ac1b66e141154ac1e.jpg)
İmişlidə 9 aydır itikin düşən 11 yaşlı Rasim Xankişiyevin yaxınları və həmkəndliləri Qaragüvəndikli kəndinin avtomobil yolunu bağlayaraq etiraz aksiyası keçirirlər. Aksiya səhər saatlarından başlayıb və hələ də davam edir. Rasimin atası Vasif Xankişiyev bildirib ki, 9 aydır oğlunun itkin düşməsi ilə bağlı istintaqın gedişatında heç bir irəliləyiş yoxdur: “İşin açılmasında vacib rol oynayan insanlar istintaqa […]
Müğənni Kərimi toyda DÖYDÜLƏR: saxlanılanlar var – ÖZƏL
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/66e137340d68b66e137340d68d172603576466e137340d68666e137340d689.jpg)
Müğənni Kərim toyda döyülüb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb. Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Lent.az-ın əldə etdiyi məlumata görə, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb. Araşdırma gedir.
Pezeşkian İraqa getdi
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/mesud.jpg)
İran Prezidenti Məsud Pezeşkian İraqa rəsmi səfərə yollanıb. Bu, Pezeşkianın İran prezidenti seçildikdən sonra xarici ölkəyə ilk səfəridir. O, səfər çərçivəsində İraq Prezidenti Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd Şiya əs-Sudani, eləcə də parlamentin spikeri Möhsin Əl-Mandalavi ilə görüşlər keçirəcək.
Azərbaycan nefti 3% ucuzlaşıb
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/66e1261fef08566e1261fef086172603139166e1261fef08366e1261fef084.jpg)
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 ABŞ dolları və ya 3% azalaraq 73,63 ABŞ dollarına bərabər olub.