Daha bir cüdoçumuz Avropa çempionu oldu

Daha bir cüdoçumuz Avropa çempionu olub. Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasındakı qitə birinciliyində Süleyman Şükürov bütün rəqiblərini üstələyib.  81 kq-da mübarizə aparan idmançımız finalda gürcüstanlı Aleksandre Loladzeyə qalib gəlib və qızıl medala sahib çıxıb.  Qeyd edək ki, bu gün Vüsal Qələndərzadə də Avropa çempionu olmuşdu. 

Ermənistanla Gürcüstan Putinin həbsini dəstəkləyən sənədi imzalayıb

Ermənistan və Gürcüstan Avropa Şurasının Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı orderini dəstəkləyən bəyannaməsini imzalayıblar. Sənəd Avropa Şurasının saytında paylaşılıb. Şuranın Mətbuat xidmətinin yaydığı məlumata görə, Avropa Şurasına üzv ölkələrin və müşahidəçi dövlətlərin ədliyyə nazirləri sənədi Litvanın sədrliyi ilə keçirilən görüşdə qəbul ediblər. Sənəddə yer alan prinsiplər tövsiyə xarakteri daşıyır.  Bəyannaməni […]

AMEA-nın binasında ölüm

Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında ölüm hadisəsi baş verib. Sentyabrın 5-i saat 12 radələrində H.Cavid prospekti 23-də yerləşən binada akademiyanın əməkdaşı 1964-cü il təvəllüdlü Nəsir Köçəri oğlu Nəsirov dünyasını dəyişib. Bildirilib ki, N.Nəsirov qurumun təsərrüfat şöbəsində bağban kimi çalışırmış. Onun infarktdan öldüyü qeyd edilib. Faktla bağlı araşdırmalar aparılır.(Qafqazinfo”)

Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi həbs olundu

Aksizsiz malları və dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun böyük inspektoru Nəsibov Tural Yurik oğlu və digərlərinin qanunsuz əməlləri ilə bağlı həmin qurumdan Baş prokuror yanında Korrupsiyaya qarşı […]

Prezidentlə xanımının İtaliyaya səfəri başa çatdı

Sentyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb. Milanın Malpensa hava limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliyanın rəsmi şəxsləri yola salıblar.

“Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb”

“Təkcə Qafqazda deyil, daha geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası başlıca amil olmuşdur. Otuz il ərzində bizim beynəlxalq səviyyədə tanınmış ərazimiz Ermənistanın işğalı altında olmuşdur”. Bu fikirləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı səsləndirib. Dövlət başçısı xatırladıb ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik […]

İtaliya mətbuatı İlham Əliyevin səfərindən yazdı – Fotolar

İtaliyanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş işıqlandırıb. “Agenzia Nova”, “Giornale Diplomatico”, “Agenpress”, “Il Sole 24 Ore”, “Askanews”, “Italpress”, “il Giornale”, “La Presse”, “Agenzia Vista”, “Quotidiano Nazionale”, “Tutt Oggi”, “Borsa Italiana” və digər kütləvi informasiya vasitələrində yayılan məlumatlarda Prezident İlham Əliyevin Romanın “Quirinale” Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə […]

Hərbçimiz odlu silahla özünü öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub. Faktla bağlı cinayət işi başlanıb. Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış […]