Prezident Romada görüş keçirdi – Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Zəlzələyə görə qatarların sürəti aşağı salındı
ADY zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir. 5 sentyabr tarixində səhər saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti […]
Füzulidəki Qoçəhmədli məscidinin bərpasına başlanılır
Füzuli rayonunun işğaldan azad olunmuş Qoçəhmədli kəndindəki məscidin bərpasına başlanılacaq. Bu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında imzalanan “Azərbaycan Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nda nəzərdə tutulub. Sənədi Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva […]
Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti sınağına çıxacaq
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxacaq. İdmançı bacarığını 400 metr məsafədə göstərəcək. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayacaq. Final mərhələsi isə sentyabrın 7-də keçiriləcək. Bu gün daha bir Azərbaycan […]
Məktəblərin tədris planları təsdiqlənib
Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üçün tədris planları təsdiqlənib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etmək tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.
Çin Afrika ölkələrinin hərbçilərinə təlimlər keçəcək
Çin Afrika ölkələrinin hərbçilərinə təlim sahəsində dəstək verəcək, qitə ölkələrindən olan 6 min hərbi qulluqçusunu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşı üçün təlim təşkil edəcək. Bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Çin-Afrika Əməkdaşlıq Forumunun (ÇAƏF) IX Sammitinin açılış mərasimində çıxışı zamanı bildirib. “Çin Afrikadan 6 min hərbi qulluqçu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşının […]
Bakıda bu yollarda sıxlıq var – SİYAHI
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:
Şöbə müdiri vəfat etdi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Mülki Müdafiə Şöbəsinin müdiri Oqtay Fərzəliyev vəfat edib. Bu barədə AMEA məlumat yayıb. Bildirilib ki, o, 2011-ci ildən Geologiya və Geofizika İnstitutunda Mülki Müdafiə Qərargah rəisi vəzifəsində işləyib. 2017-2019-cu illərdə AMEA Rəyasət Heyəti Aparatının İkinci Xüsusi Şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. 2022-ci ildən AMEA Rəyasət Heyəti Aparatının […]
İstisu qəsəbəsi belə olacaq – Fotolar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev öz sosial şəbəkə hesablarında qəsəbənin layihəsini paylaşıb. Qeyd edək ki, ümumi sahəsi 63,1 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Baş plana əsasən, gələcəkdə burada 159 fərdi ev, “townhouse” tipli 71 ev […]
Türkiyə ilə Misir arasında 18 sənəd imzalandı
Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb. Ankarada sənədlərin imzalanması mərasimi baş tutub. İki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Mexanizminə dair anlaşma imzalanıb. Sənədə imzaları iki ölkə başçısı Rəcəb Tayyib Ərdoğan və Əbdülfəttah əs-Sisi imza atıblar.