Azərbaycan neftinin qiyməti cüzi azalıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.13 ABŞ dolları və ya 0.16% azalaraq 81,56 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötən gün “Azeri Light” 81.69 dollara ticarət edilib.

Göygöldə yük maşınları toqquşub, xəsarət alanlar var

Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hacıməlik qəsəbəsi ərazisində 2 yük maşınının toqquşması nəticəsində 55 yaşlı Ə.Hacıyev və 54 yaşlı B.Zərbəliyev xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Çində yol qəzasında azı 10 məktəbli ölüb və ya yaralanıb

Çinin Şandun əyalətinin şərqindəki Tayan şəhərində məktəb yaxınlığında baş verən ağır yol qəzasında azı 10 uşaq ölüb və ya yaralanıb. Bu barədə “Xinxua” agentliyi xəbər yayıb. Hadisə çərşənbə axşamı Tayan şəhərinin Dunpin kəndində yerli məktəblərdən birinin qapısında baş verib. Bildirilir ki, məktəb avtobusu gözlənilmədən yolun kənarı ilə təhsil müəssisəsinə gedən şagirdlərin üstünə çıxıb. Agentlik hələ […]

Ərdoğan İlham Əliyevi təbrik etdi

Sentyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Türkiyə Prezidenti bu seçkilərin Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən sonra ölkəmizin bütün ərazisində keçirilən […]

Azərbaycan katolik icması ilə həmrəydir

Azərbaycanın Fransadakı səfirliyi Sent Omer şəhərində yerləşən kilsədə baş vermiş güclü yanğınla əlaqədar katolik icması ilə həmrəy olduğunu bildirib. Bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında bildirilib. “Azərbaycan səfirliyi Sent Omer şəhərindəki kilsədə baş verən yanğınla əlaqədar katolik icması ilə həmrəy olduğunu bildirir. Çoxkonfessiyalı və çoxmillətli ölkə olaraq dini irsin qorunmasına xüsusi önəm veririk”, […]

Kəlbəcər sakinləri üçün tikilən evlərin – Fotoları

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar. Aktualtv.az xəbər verir ki, dövlət başçısına və birinci xanıma görülən işlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, bu yaşayış kompleksinin ümumi sahəsi 19,5 hektardır. Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli […]

Prezidentlə xanımı Toğanalı-Kəlbəcər-İstisu yolundakı görülən işlərlə tanış oldu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar. Aktualtv.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib. Bildirilib ki, […]

Mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının fəaliyyəti çərçivəsində “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmənin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin 4.1.1-ci yarımbəndində nəzərdə tutulan mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb. Ədliyyə Nazirliyi və Mediasiya Şurasının birgə əməkdaşlığı nəticəsində artıq ölkəmizdə […]

Ankaranın bu təklifini Kiyev rədd etdi – Lavrov

Türkiyə 2024-cü ilin yazında taxıl müqaviləsini bərpa etməyə çalışdı, Moskva hazır idi, lakin Kiyev Rusiya razılıq verdikdən sonra imtina etdi. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Cari ilin yazında Türkiyə tərəfindən bu dəyişdirilmiş formatda ərzaq tədarükünün qorunmasına dair sazişi yeniləməyə cəhd edildi. Hazır idik. Son anda ukraynalılar dedilər ki, kommersiya gəmilərinə toxunmamaq öhdəliyinə […]