İsveçdə Quranın yandırılması aksiyalarının təşkilatçılarına qarşı ittiham irəli sürülüb

İsveç prokurorluğu Stokholmda Quranın yandırılması aksiyalarından sonra iki nəfəri etnik mənsubiyyətinə görə nifrəti qızışdırmaqda ittiham edib. Bu barədə İsveç prokurorluğunun mətbuat xidməti məlumat yayıb. “Bu gün prokuror 2023-cü ilin yayında Stokholmun müxtəlif yerlərində Quranın yandırıldığı dörd hadisədən sonra 38 və 49 yaşlı şəxsləri etnik mənsubiyyətinə görə nifrəti qızışdırmaqda ittiham edib”, – məlumatda bildirilib. Xatırladaq ki, […]

Bu gündən Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur

Bu gündən Mərakeş və Azərbaycan arasında vizadan azad edilməsi haqqında sazişi rəsmi olaraq qüvvəyə minir. Yenixeber.org-un məlumatına görə, bu gündən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər. Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman vizasız imtiyazlardan yararlanacaqlar. […]

İlham Əliyevlə Putin arasında telefon danışığı oldu

Azərbaycan və Rusiya liderləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.  Onlar Rusiya liderinin avqustun 18-19-da Bakıya etdiyi dövlət səfərinin nəticələrindən məmnun qaldıqlarını bildiriblər. Prezidentlər qeyd ediblər ki, danışıqlar zamanı əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi Rusiya-Azərbaycan müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə kömək edəcək. […]

Hicablı müəllimlər müsahibədən kənarlaşdırılıb? – Açıqlama

Sosial şəbəkələrdə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bəzi hicablı müəllimlərin müsahibə mərhələsindən kənarlaşdırılmasına dair yayılmış iddialara aydınlıq gətirilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.   O, iddiaları əsassız adlandırıb: “Müsabiqə müddətində heç bir dini və ya cinsi ayrıseçkilik edilmir. […]

Ağciyər Xəstəlikləri Mərkəzi yaradılır

Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında “Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxs yaradılır. Bu barədə TƏBİB-dən məlumat yayıb. Bildirilib ki, TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, indiyədək Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli Vərəm əleyhinə Dispanser, 1 və 2 […]

Universitetlərə qəbul olanlar üçün qeydiyyat başlayıb

Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesi başlayıb. Abituriyentlər sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada https://portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. Bu gündən həmçinin sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi […]

“Gənclik Moll”da həyəcan: “yanğın” söndürüldü – Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 14 ünvanında fəaliyyət göstərən “Gənclik Moll” ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib. Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in müvafiq canlı qüvvə və […]

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Bu barədə “Aktualtv.az”a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün Xorvatiya klubu ilə qarşılaşacaq

“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya təmsilçisi “Dinamo” ilə cavab matçına çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:45-də səsləndiriləcək. Görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edəcək. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunu 20 avqust “Qarabağ” – “Dinamo” (Xorvatiya) Baş hakim: Maykl Oliver (İngiltərə). […]

Fərid Osmanov nazirin müşaviri təyin olundu

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib. Bu vəzifəyə Fərid Osmanov gətirilib. Nazirlikdən saytımıza məlumatı təsdiq ediblər. Qeyd edək ki, F. Osmanov bu təyinata qədər Azərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsində çalışıb.