Bu gün Laçın Şəhəri günüdür

Bu gün Azərbaycanda 26 avqust – Laçın Şəhəri günüdür. Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altında keçib. Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 26 avqust – Laçın Şəhəri günü kimi təsis edilib. Şəhər günləri təntənəli […]

Şəmkir sakinini ildırım vuraraq öldürüb

Şəmkir sakinini ildırım vuraraq öldürüb. 2008-ci il təvəllüdlü İlham Qarayev heyvan otaran zaman ildırım vurub. Nəticədə İlham Qarayev ölüb. Araşdırma aparılır.

Bu gün Mehriban Əliyevanın doğum GÜNÜDÜR 

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb […]

Paşinyanın başına alma atan şəxs saxlanıldı

Yaşayış binasının eyvanından Ermənistan Baş naziri Nikol Paşinyana alma atan şəxs saxlanılıb.v Bunu edən 71 yaşlı İrəvan sakini olub. Məlumata görə, həmin şəxsə Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (“Xuliqanlıq”) ilə cinayət işi açılıb.(News.am)

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi oldu

Kursk vilayətində hərbi əməliyyatlar zamanı əsir götürülmüş hərbçilərin mübadiləsi baş tutub. Bu haqda “TASS” məlumat yayıb. Hərbi əsirlər 115-ə 115 prinsipinə əsaslanaraq dəyişdirilib. Yəni 115 rusiyalı hərbçi Rusiyaya, 115 ukraynalı hərbi əsir isə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. Məlumata görə, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçilik səyləri ilə həyata keçirilib.

Belqorod aeroportuna PUA-larla hücum – İşçilər təxliyə edildi

Rusiyanın Belqorod vilayətinin hava limanına pilotsuz uçuş aparatları ilə hücum edilib. Bu haqda Rusiya mediası məlumat yayıb. Qeyd olunub ki, komanda və idarəetmə mərkəzinin binasında partlayış baş verib. Məlumata görə, hava limanının əməkdaşları təxliyə edilib, təhlükəsizlik orqanlarının bomba mütəxəssisləri hadisə yerinə cəlb olunub. Qeyd edək ki, sözügedən aeroport bir müddət öncə mövcud vəziyyətlə əlaqədar sərnişinlərin […]

İngilisi şantaj edən qadınlardan biri azadlığa buraxıldı

Bakıda tanış olduqları britaniyalı iş adamını şantaj edən qadınlardan biri azadlığa buraxılıb. Qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib. Məhkəmə təqsirləndirilənlər – E. Nəsrəddinova və Y.Məmmədova ilə bağlı hökmü araşdırdıqdan sonra sonuncunun şikayətini əsaslı hesab edib. Məlumat üçün deyək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 ay əvvəlki hökmü ilə E. Nəsrəddinova 11 il, Y. Məmmədova isə […]

Altı vəkil cəzalandırıldı – Biri məhkəməlik oldu

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin fəaliyyəti barədə məlumat verib.  İclasda dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin fəaliyyətinin bərpa olunması barədə müraciətinə, habelə 4 vəkilin dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması məsələlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.  Bundan başqa […]

İlham Əliyev Zelenskini təbrik etdi

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu göndərib. Məktubun mətnini təqdim edirik: “Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. Tarixən bir-birinə dəstək […]

Külək güclənəcək – FHN-dən xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. “Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik […]