KİV: Şimali Koreya ordusunun çavuşu Cənubi Koreyaya qaçıb

KXDR-dən olan hərbçi ölkənin şərqində ölkələrarası sərhədi keçərək Cənubi Koreya Respublikasına keçib. Bu barədə Cənubi Koreya hərbçiləri arasında olan mənbələrə istinadən “Yonhap” agentliyi xəbər yayıb. İnsident avqustun 20-də yerli vaxtla səhər saatlarında Qanvondo əyalətinin Koson kəndində baş verib: “Şimali Koreyanın hərbçisi bu gün səhər tezdən hərbi demarkasiya xəttini keçib və qalmaq istəyini bildirib. Hərbçilərimiz onun […]

Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib

Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib. Prezident İlham Əliyev bununla bağlı yeni Fərman imzalayıb. Belə ki, “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmana 3-1-ci hissə əlavə edilib. Sənədə əsasən, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının Azərbaycanın ərazisində satın alınması yalnız Müdafiə Nazirliyi və hərbi […]

Lukaşenko: Qərbin Belarusa qarşı sanksiyaları digər ölkələr üçün də dağıdıcıdır

Dayanıqlı sülh olmadan və qlobal ziddiyyətlər həlli edilmədən hər hansı inkişafı təmin etmək mümkün deyil. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Qlobal cənubun səsi” adlı videokonfrans formatında keçirilən üçüncü sammitdə deyib. “Bu gün bir çox bölgələr müharibələr və münaqişələrlə sarsılır, silahlanma yarışı görünməmiş sürət qazanır. Lakin dayanıqlı sülh olmadan və qlobal ziddiyyətlər həlli edilmədən heç bir […]

Türkiyədə yanğınlarla bağlı 3 mindən çox sakin təxliyə olunub

Türkiyədə bir neçə gündür davam edən meşə yanğınları ilə əlaqədar əhali təhlükəli ərazilərdən təxliyə edilir. Bu barədə “Milliyet” məlumat yayıb. Bildirilir ki, ehtiyat tədbiri olaraq İzmir, Aydın, Bolu, Muğla və Manisada ümumilikdə 3583 nəfər təhlükəsiz bölgələrə təxliyə edilib. Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, ölkə ərazisində son bir həftədə 131 kənd təsərrüfatı sahəsi […]

Putin Bakıya gəlir

Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana səfər edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib. Məlumata görə, səfər zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, habelə aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq. Səfərin yekunları üzrə dövlət başçılarının Birgə Bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır. Qeyd […]

Jurnalistlər binasının yaxınlığındakı işıqfor niyə işləmir?

Səbail rayonu, Yeni Salyan yolu-20 ünvanında, jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığındakı yolda işıqfor işləmir. Bu barədə jurnalistlər sosial şəbəkələrdə paylaşımlar ediblər. Onlar sözügedən ərazidə işıqforda tez-tez texniki problemlərin yarandığını qeyd ediblər. Məsələ ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov açıqlama yayıb. O bildirib ki, problemin yaranması işıqforun özündə […]

Azərbaycan xarici siyasətinin prioritetləri – qonşularla mehriban münasibətlər və qarşılıqlı etimad – ŞƏRH

İkinci Qarabağ müharibəsi və onun nəticələri Cənubi Qafqazın geosiyasi mənzərəsini tamamilə dəyişib. Beynəlxalq aləmdə Azərbaycanın ayrılmaz hissələri kimi tanınan, azad olunan ərazilər danışıqlar və diplomatik manevrlər üçün mərkəzə çevrilib. Öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qoruyan Azərbaycan bu gün uğurla beynəlxalq əməkdaşlığı, balanslı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Otuz illik işğala son qoymaqla ərazi […]

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var – YENİLƏNİB

Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb, araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. *** Sumqayıt şəhərində […]

Pakistanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Pakistanda meymunçiçəyi virusunun yeni versiyasına ilk yoluxma qeydə alınıb. Bu barədə ölkənin Hayber Paxtunxva əyalətinin səhiyyə departamentindən bildirilib. Vurğulanıb ki, Birləşmiş Ərəb Əmirliklərindən gələn üç şəxsdə virus aşkarlanıb. Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin […]

Azərbaycanda sabiq rektor VƏFAT ETDİ

Mingəçevir Dövlət Universitetinin sabiq rektoru Akif Hacıyev vəfat edib. Şəhər Ağsaqqallar Şurasının sədri 86 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Akif Hacıyev daha əvvəl Mingəçevir Sənaye Universitetində də rektor vəzifəsində çalışıb.