Azad edilmiş ərazilərdə marşrut xətləri müsabiqəyə çıxarılır

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.  Bunlar Bakı-Laçın, Bakı-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan, Bakı-Qubadlı, Sumqayıt-Qubadlı, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Şuşa, Xankəndi-Şuşa, Xankəndi-Malıbəyli, Xankəndi-Laçın, Xocalı-Laçın, Naftalan-Suqovuşan şəhərlərarası və Bərdə 4 nömrəli şəhərdaxili avtobus marşrutlarıdır.  Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə […]

Bakıda bu yol tam bağlanır

Avqustun 10-da saat 06:00-dan avqustun 12-si saat 09:00-a qədər aparılacaq təmir işləri ilə əlaqədar Bakının 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayəb. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş […]

İlham Əliyev Qazaxıstana səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfərə gəlib. Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər qarşıladılar.

ABŞ Ermənistanı silahlandırmaqla bölgədə təhlükəli oyuna girişir, səfirlik isə sorğuya cavabdan qaçır – ANALİZ

ABŞ-nin Azərbaycandakı səfirliyi bu ölkənin Ermənistana iki təyyarə ilə silah daşıması ilə bağlı yayılan məlumatları şərh etməkdən yayınıb. Aktualtv.az: Səfirlikdə ABŞ-nin İrəvandakı diplomatik missiyasının müvafiq cavabına istinad edilib: “İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş” təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün ABŞ texnikası və şəxsi heyəti Ermənistanı […]

Ukrayna Kurskın mərkəzinə doğru irəlilədi

Ukrayna qoşunları Kursk vilayətinin Suca regional mərkəzinə yaxınlaşıb. Bunu BILD-in analitiki Julian Röpkenin bildirib. Ekspertin sözlərinə görə, ukraynalı hərbçilər 38K-004 avtomobil şosesi boyunca hərəkət edir və Suca şəhərinin kənarına çatıb: “Ukrayna ordusu hazırda Kursk vilayətinin Suca şəhərindən azı 2 km şimal-qərbdədir, bunu vizual olaraq təsdiqləmək olar”. Qeyd edək ki, Rusiya MN Ukrayna ordusunun irəliləməsinin qarşısının […]

Qarabağ Universitetində tədris Azərbaycan və ingilis dilində aparılacaq

Qarabağ Universitetində tədrisin hansı dillər üzrə aparılacağına aydınlıq gətirilib. “Report”un sorğusuna cavab olaraq universitetdən bildirilib ki, bu il tədris Azərbaycan və ingilis dilində aparılacaq, rus dili bölməsi üzrə qəbul isə yoxdur. Həmçinin qeyd edilib ki, ingilis dili bölməsi üzrə təhsil alacaq tələbələrin birinci ildə dil biliyinin təkmilləşdirilməsi üçün işlər görüləcək. Növbəti ildən isə bütün tədris […]

Sabah külək əsəcək, dağlıq ərazilərdə yağış yağacaq – PROQNOZ

Avqustun 9-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə […]

Baş nazir SHXÇDX əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar qərar imzalayıb

Baş nazir Əli Əsədov “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” qərar imzalayıb. Qərarla SHXÇDX-nin əməkdaşlarına (Xidmətdən pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik […]

Şəhidin oğlu faciəvi şəkildə vəfat etdi – Foto

Birinci Qarabağ müharibəsi şəhidi Xəqani Aslanovun oğlu Cəsarət Aslanov vəfat edib. Yenixeber.org xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, C.Aslanov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qeyd edək ki, Xəqani Aslanov 1992-c ilin fevralın 26-sı Xocalıda qəhrəmancasına həlak olub. Onun digər iki qardaşı Hasil və Vidadi Aslanovlar isə eyni gündə, 1993-cü […]

Bakının bir sıra yollarında sıxlıq var – SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə […]