“Haber Global”: Fransada 12 mindən çox evsiz aksiya keçirib, hökumət çağırışlara əhəmiyyət verməyib

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları ilə əlaqədar yaşadıqları gecəqondulardan qovulan on iki mindən çox Fransa vətəndaşı aksiya keçiriblər. Bu barədə “Haber Global”ın hazırladığı süjetdə qeyd edilib. Qeyd edilib ki, onlar Olimpiada halqalarının olduğu yerlərdə çadır qurublar. Etirazçılar Emmanuel Makron hökumətinə mənzillə təmin olunma tələbi ilə bağlı çağırış ediblər. Bildiriblər ki, hökumətdən sadəcə ləyaqətlə yaşamaq […]

“BakıKart”ın tətbiqi niyə işləmir? – Açıqlama

Sosial şəbəkələrdə “BakıKart” tətbiqində problemlərin yaranması ilə bağlı məlumat yayılıb.  Sərnişinlər texniki nasazlıq səbəbindən bir neçə gündür tətbiqdən istifadə edə bilmədiklərini yazırlar. Onların sözlərinə görə, daha əvvəl də tətbiqdə ödəniş zamanı donmaların olması, izləmə sisteminin işləməməsi halları yaşansa da, hazırda tətbiqin fəaliyyəti tamamilə dayanıb.  Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan […]

DİM abituriyentlərə müraciət etdi

Son günlər kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkələrdə ali təhsil müəssisələrinə ixtisas seçiminin həyata keçirilməsi ilə bağlı ödənişli avtomatik proqram təminatı vasitələrinin təqdimatı halları müşahidə olunur. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.  Bildirilir ki, həmin proqramların populyarlaşdırılması və abituriyentlərin daha çox diqqətinin cəlb edilməsi məqsədilə işləmə mexanizmlərində Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının müxtəlif […]

Nazir onu rəis müavini təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə yeni rəis müavini təyin edilib. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Elvin Xanlar oğlu Mehdiyev təminat üzrə rəis müavini təyin olunub. Qeyd edək ki, Elvin Mehdiyev bir müddət əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, Prezident Administrasiyasının sabiq rəhbəri […]

İlham Əliyev Şavkat Mirziyoyevin təltif olunması mərasimində

Avqustun 9-da Astanada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə “Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanı”nın təntənəli təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət başçıları tədbirdə iştirak ediblər.

Ukrayna Kurska ən güclü briqadasını göndərdi – Təcili

Ukraynanın ən yaxşı təchiz edilmiş və ən sürətli briqadalarından olan 80-ci Hava Hücum Briqadası Kursk vilayətində döyüşlərə qatılıb. Bu barədə “Forbes” məlumat yayıb. Məlumata görə, sosial şəbəkələrdə yayılan videoda T-64BV və ya T-80BV tankı, UR-77 mühəndis maşını, həmçinin PDM (BTR-80) və Amerika istehsalı “Stryker” təkərli transportyorları Ukrayna minaatan briqadasının yanından keçir: “Kontekstdən aydın olur ki, […]

Hüseyn Abdullayev infarkt keçirdi

Həbsdə olan sabiq deputat Hüseyin Abdullayev infarkt keçirib. Bu barədə onun yaxınları məlumat verib. 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Sabiq deputata hədə-qorxu ilə tələbetmə, […]

Harris sentyabrın 10-da debatda iştirak etməyə razılıq verdi

ABŞ-nin vitse-prezidenti Kamala Harris sentyabrın 10-da ABC telekanalında prezidentliyə Respublikaçılar Partiyasından namizəd Donald Trampla debatda iştirak edəcək. Bu haqda o, “NBC” telekanalına deyib. “Mən Donald Trampla debatı səbirsizliklə gözləyirəm və bizim görüşümüz var – 10 sentyabr”. Lakin o, Trampın daha əvvəl elan etdiyi digər raundlar barədə heç nə deməyib. Qeyd edək ki, Tramp sentyabrda 3 […]

NÖVBƏTİ TURAN FİLM FESTİVALI LAÇIN ŞƏHƏRİNDƏ KEÇİRİLƏCƏK

Azərbaycan Respublikasının Kino Agentliyinin direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu Türkiyənin Ege Universitetində Turan Film Festivalının təşkilatçılatçıları ilə görüşüb. Görüşün nəticəsi olaraq sözügedən festivalın noyabrın sonuna qədər Laçın şəhərində keçirilməsi qərara alınıb. Festival Laçın şəhərində “Hochaz Film Creative Studio” ilə birgə əməkdaşlıq nəticəsində keçiriləcək. Qeyd edək ki, Turan Film Festivalı ilk dəfə Türkiyənin İzmir şəhərində […]