Qarabağ Universitetində – Yeni təyinatlar

Qarabağ Universitetinə prorektorlar təyin olunub. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Belə ki, Nərgiz İsmayılova ali təhsil müəssisəsinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov isə elm və innovasiya məsələləri üzrə prorektoru vəzifələrinə təyin olunublar. Qeyd edək ki, N. İsmayılova bu təyinatadək Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması […]
ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbul aldı

Azərbaycanlı tələbə ABŞ-nin məşhur universitetinə 420.000 dollarlıq təqaüdlə qəbul alıb. Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib. Belə ki, BMU-nun Memarlıq və inşaat fakültəsinin builki məzunu Turqut Əfəndi bakalavr səviyyəsindən ABŞ-nin Luiziana Dövlət Universitetinə birbaşa doktoranturaya 420.000 dollarlıq tam təqaüdlə qəbul alıb. Turqut Əfəndi, eyni zamanda elmi tədqiqatlara dərin maraq göstərib, səthi aktiv maddələr haqqında […]
Fransanın Olimpiya ayıbı və ya problemlər olimpiadası – ŞƏRH

Tarixən Olimpiya Oyunları təkcə idman tədbiri deyil, həm də xalqlar arasında münasibətlərin yaxşılaşdırılması üçün bir fürsət kimi qəbul edilib. Oyunlar müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirir, sülh, dostluq və həmrəylik ideallarını təbliğ edir, diplomatiya və beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilir. Bundan əlavə, sülh, dostluq, həmrəylik və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə ideallarını […]
Prezident onu yenidən rektor təyin etdi

Azərbaycan Texniki Universitetinə rektor təyinatı olub. Prezident İlham Əliyevin Sərəncamı ilə Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib. Xatırladaq ki, V. Vəliyev ilk dəfə bu vəzifəyə 2019-cu ildə gətirilib.
Faciəvi şəkildə ölən şəxs dekan müavini imiş – Foto

Xəbər verdiyimiz kimi, Biləsuvarda 1976-cı il təvəllüdlü Quliyev Fövzü Manaf oğlu hündürlükdən yıxılaraq vəfat edib. Fövzü Quliyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) dekan müavini olub. Bildirilib ki, AzMİU-nun İnşaat fakültəsinin dekan müavini Fövzü Quliyev tikintisi davam edən iaşə obyektinin damından yıxılaraq faciəvi şəkildə ölüb. Hadisə F.Quliyev Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Müayinə […]
Paris-2024: Sablyaçımız növbəti mərhələyə vəsiqə qazanıb

Azərbaycanın qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/16 mərhələsindən mübarizəyə qoşulub. Təmsilçimiz Yanq Henqyu ilə (Çin) qarşılaşıb. Görüş idmançımızın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb. A.Başta 1/8 finalda ukraynalı Olqa Xarlanla üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə 16:05-də başlayacaq. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.(Report)
Rəhman Mustafayev: Fransa milli televiziyası Pyer de Kubertenin çağırışını eşitməmiş kimi görünür

Fransa milli televiziyası müasir oyunların banisi Pyer de Kubertenin çağırışını eşitməmiş kimi görünür. Bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev paylaşım edib. “Pyer de Kubertenin xəyalı idi ki, idman siyasəti, münaqişələri susdursun, Olimpiya məşəli parlasın. Lakin Fransa milli televiziyası müasir oyunların banisinin çağırışını eşitməmiş kimi görünür”, – o bildirib. Qeyd edək ki, Pyer de Kuberten […]
Faktiki hava: Leysan yağdı, külək gücləndi

İyulun 29-u saat 8:30-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 68 mm, Astarada 59 mm, Şəkidə 57 mm, Yardımlıda 42 mm, Lerik, […]
Ukraynanın süqutuna bu qədər vaxt qalıb – Conson

Ukrayna artıq öz mövqeyini dəyişə və məğlubiyyətdən qaça bilməyəcək. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib. “Həqiqətən, Ukrayna üçün çox gec olduğunu düşünürəm. Baş verəcəklərin trayektoriyası artıq müəyyən edilib, bunun həyata keçməsi üçün sadəcə vaxt lazımdır”, – o bildirib Mütəxəssis Ukraynadakı vəziyyəti xərçəngin dördüncü mərhələsi ilə müqayisə edib: “Sizə yaxşı xəbər deyilməsini […]
“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat

“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat olub. “Qafqazinfo”nun məlumatına görə, bu təxribata “Fransa-2” telekanalının aparıcıları yol verib. Belə ki, aparıcılar canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı təxribatyönlü çıxışlar ediblər: “Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm […]