Azərbaycan MN xəbərdarlıq etdi

Azərbaycan Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verib. Bu, Müdafiə Nazirliyinin (MN) yaydığı bəyanatda bildirilib. “Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və […]
MN: Tovuz istiqamətində kəşfiyyat uçuşu edən Ermənistan PUA-sı ərazidən uzaqlaşdırılıb

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter iyulun 25-də saat 10:55 radələrində Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının (PUA) fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb”, – məlumatda qeyd olunub.
Polkovnik rektor təyin edildi

Heydər Əliyev adına Hərbi İnstituta rektor təyin edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, polkovnik Ümidvar Quliyev institutun rektoru təyin edilib. Polkovnik Quliyev Vətən müharibəsində şücaət göstərən hərbçilərdəndir. O, müharibədən sonra “Qarabağ” ordeni ilə təltif edilib. Müdafiə Nazirliyində aparılan kadr islahatları ilə son vaxtlarda bir neçə Vətən Müharibəsi iştirakçısı […]
Bu imtahanın nəticələri AÇIQLANDI

Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb İmtahanlarda iştirak etmiş abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsviri, həmçinin qiymətləndirmə meyarları ilə buradan tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Hərbi liseylərə qəbul imtahanında […]
Hicaba görə gənc qadın güllələndi

İranın Mazandaran əyalətinin Nur şəhərində hökumət məmurları məcburi hicab qaydalarını pozan 30 yaşlı Arzu Bədrini güllələyib. Bu barədə yerli insan haqları fəalları məlumat yayıb. “Arzu Bədrinin məcburi hicab qaydalarını pozduğuna görə avtomobilinin müsadirə olunmasına qərar verilib. Bədri şəhərdə şəxsi avtomobili ilə hərəkət etdiyi zaman polis onu saxlamaq və avtomobilini əlindən almaq üçün iki dəfə atəş […]
Sabah yağış intensivləşəcək

İyulun 26-da Azərbaycanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, […]
Polad Bülbüloğlu deputatlığa namizəd olacaq?

“Şuşalılar məni parlamentdə öz nümayəndələri olaraq seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir”. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Novoe vremya” portalına müsahibəsində bildirib. Belə ki, o, jurnalistin “Azərbaycan hazırda növbədənkənar parlament seçkiləri keçirməyə hazırlaşır. Bununla əlaqədar olaraq soruşmaq istərdik, parlamentdə Qarabağın ürəyi – Şuşa şəhərini təmsil etmək üçün […]
Tələbələrin köçürülməsinə başlanılıb

Bu gündən 2024-2025-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi üçün sənəd qəbuluna başlanıb. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr iyulun 31-i 18:00-dək portaldan (portal.edu.az) qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratdıqdan sonra, istifadəçi adı və paroldan istifadə etməklə müvafiq bölməyə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə […]
Türkiyə Təhlükəsizlik Şurası toplanır, Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə olunacaq

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması olacaq. Həmçinin, Yunanıstanla münasibətlər, Şərqi Avropada və Yaxın Şərqdə davam edən müharibələr, terrorla mübarizə barədə də fikir mübadiləsi aparılacaq. Eyni zamanda, Suriya ilə münasibətlərin normallaşması məsələsi də gündəlikdə olacaq. Qeyd olunub […]
Polkovnik Həziyev həbs olundu

Naxçıvanda N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub. Bununla bağlı Hərbi Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub. Belə ki, S. Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) […]