Qış Olimpiya Oyunlarının ev sahibləri müəyyənləşdi

2030-cu il və 2034-cü il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib.  Bu barədə Beynəlxalq Olimpiya Komitəsi qərar qəbul edib. Qurumun 142 sessiyasında verilən qərara əsasən, 2030-cu ildəki turnir Fransa Alplarında keçiriləcək. Bununla da ölkə 4-cü dəfə Qış Olimpiadasını qəbul edəcək. Fransada bu yarış daha əvvəl 1924, 1968 və 1992-ci illərdə təşkil […]

İki sərhədçimiz yaralandı

İyulun 24-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.Bu barədə Dövlət Sərhəd Xidməti məlumatı yayıb. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı silahlı müqavimət göstərərək havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edib geri qaçıblar.  […]

Bu cərimələr də artırıldı

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrin normadan artıq yüklənməsinə görə cərimələr artırılıb. Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Dəyişikliklə Məcəllənin 127-1-ci maddəsi (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta […]

Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub.“PMD Projects” şirkətinin direktoru Nəriman Topçubaşov parkda görülən işlər barədə dövlət başçısına məlumat verib. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin […]

Siqaretlər üçün aksiz dərəcəsi artırıldı

Aksiz dərəcəsi ölkəyə gətirilən tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üçün 1000 ədəd üçün 43 manatdan 45,5 manata qaldırılıb. Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb. Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər tərkibində tütün əvəzləyicisi olan siqaretlər üçün 1000 ədəd üçün 46,5 manatdan […]

ABŞ-də seçki kampaniyası gərginləşir: Bayden “U” dönüşü etdi – TƏHLİL

ABŞ-nin hazırkı prezidenti, Demokratların əsas namizədi Cozef Baydenin iyulun 21-də namizədliyini geri götürməsindən sonra ştatlar daxilində ciddi proseslər baş verməkdədir. Bu, xüsusilə oktyabrda keçiriləcək prezident seçkisi marafonunda müşahidə edilir. Baydenin namizədliyini geri götürməsinin proseslərə necə təsir edəcəyini təhlil etməzdən əvvəl onu deyək ki, əslində, dövlət başçısının bu addımı gözlənilən və proqnozlaşdırılan idi. Niyə? Birincisi, C.Baydenin […]

Sabah Bakıya yağış yağacaq

İyulun 25-də Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, leysan xarakterli intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-31° isti […]

Nepalda dəhşətli qəza: Təyyarə yandı, ölənlər var

Nepalın “Saurya” Hava Yolları şirkətinə məxsus təyyarə Katmandunun Tribxuvana Beynəlxalq Hava Limanında qəzaya uğrayıb və yanıb. Təyyarədə 19 nəfər olub. Xilasedicilər təyyarədən 5 nəfərin cəsədini çıxarıblar. Təyyarənin kapitanı sağ qalıb və xəstəxanaya aparılıb. Təyyarənin Katmandu-Pokxara reysi ilə uçduğu məlum olub. Yerli mətbuatın xəbərinə görə, təyyarədə aviaşirkətin əməkdaşları olub. Yanğınsöndürənlər və təcili tibbi yardım maşınları hadisə […]

Ağadadaş Ağayev “Xalq artisti” adından MƏHRUM EDİLƏ BİLƏR

Xalq artisti Ağadadaş Ağayevlə bağlı qalmaqal ictimaiyyət arasında ciddi rezonans doğurub və fəxri adlar məsələni yenidən gündəmə gətirib. Sosial şəbələkələrdəki müzakirələrdə bir çoxları Ağadadaş Ağayevi “Xalq artisti”  adına yaraşmayan hərəkətlərə görə qınayıb, hətta onun bu fəxri tituldan məhrum edilməsini istəyənlər də olub. Eyni zamanda “Xalq artisti” fəxri adının ləğv edilməsini tələb edənlər də az deyil. […]

Azərbaycanda oğul qaraciyərini anaya verdi

Uzun illərdir qaraciyər yetməzliyindən əziyyət çəkən anaya oğlu donor olub. Hacıqabul rayonunun sakini, 1996-cı il təvəllüdlü Elçin İxtiyar oğlu Qaniyev ölümlə üz-üzə qalan anası 1975-ci il təvəllüdlü Tamam Zakir qızı Qaniyevaya öz qaraciyərini verib. TƏBİB-in mətbuat xidmətindən bildirlib ki, oğlun və ananın həyatı üçün olan təhlükə geridə qalıb. Qeyd edilib ki, qaraciyər yetməzliyi, serroz diaqnozu […]