Aİ-95 qonşuda kəskin bahalaşdı: Nə baş verir?

Ukraynanın neft emalı zavodlarına silsilə hücumlarından sonra Rusiyanın yanacaq bazarı Aİ-95 benzini qıtlığı ilə üzləşib və bu səbəbdən ölkədə yanacaq hasilatı son iki ilin minimum səviyyəsinə düşüb. Bu barədə “Moskov Tayms” nəşri məlumat yayıb. Qeyd edilib ki, çatışmazlıq səbəbindən Aİ-95-in qiyməti sürətlə artır və 20-21 iyul tarixlərində keçən ilin payızında baş verən yanacaq böhranı rekordlarına […]
Bakıda qəza: 3 yaşlı uşaq öldü

Bakıda avtomobil iki piyadanı vurub. Hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Kənan Rzazadə idarə etdiyi “Hunday Sonata” markalı avtomobillə yolu keçən, 1994-cü il təvəllüdlü Ruhiyyə Tanrıverdiyeva və 2021-ci il təvəllüdlü Seymur Məmmədlini vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb. Faktla […]
İlham Əliyevdən Milli Mətbuat Günü ilə bağlı PAYLAŞIM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 İyul – Milli Mətbuat Günü ilə əlaqədar paylaşım edib. Həmin paylaşımı təqdim edirik:
Bu gün Milli Mətbuat Günümüzdür

Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. Ölkəmizdə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, […]
Sui-qəsddən əvvəl drondan istifadə edibmiş

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa atəş açan şəxs Pensilvaniyada təşviqat mitinqinin başlamasından bir neçə saat əvvəl ərazidə kəşfiyyat aparmaq üçün havaya dron buraxıb. Bu barədə “NBC News” məlumat yayıb. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, 20 yaşlı Tomas Metyu Kruksun avtomobilindən dron və dron avadanlıqları aşkar edilib. Mənbənin “NBC” nəşrinə verdiyi məlumata görə, pilotsuz […]
DİN-dən bank kartları ilə bağlı – Çağırış

“Bank kart məlumatlarının naməlum şəxslərə verilməsi pul vəsaitlərin oğurlanmasına səbəb olur”. Bu barədə DİN-in vətəndaşlara çağırışında deyilir. Qeyd olunub ki, hər bir vətəndaş diqqətli olmalıdır, inandırıcı görünən hər bir hal – müraciət, təklif, vəd, qazanc təklifi vətəndaşın aldadılmasına yönələn tələdir: “Vətəndaşlar “WhatsApp”, “Telegram, “Signal”, “Messenger” üzərindən daxil olan zəngləri, mesajları cavablamadan, oxumadan, saxta linklərə daxil […]
XİN Kolumbiyanın Müstəqillik Gününü təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kolumbiya dövlətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. XİN-in sosial şəbəkə hesablarında bununla bağlı paylaşım olunub.
ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Kəlbəcərdə baş verən mina hadisəsindən sonra növbəti dəfə əhaliyə çağırış ünvanlayıb. Çağırışda vətəndaşların təhlükəsizlik qaydalarına riayət etmələri, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmaları və bələd olmadıqları ərazilərə daxil olmamaları qeyd olunub. Mina təhlükəsi ilə bağlı mütləq riayət edilməli qaydalar aşağıdakılardır: Xatırladaq ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində […]
Ərdoğan Şimali Kiprdə səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfər edib. Türkiyə liderini Ercan hava limanında Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar qarşılayıb. Ərdoğan səfər çərçivəsində Kipr Sülh Hərəkatının 50-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.
Putinin güvəndiyi SSRİ silahları: artıq hamısı Ukraynada xərclənib – ARAŞDIRMA

Rusiya Prezidenti Vladimir Putin idarə etdiyi ölkəni Sovet İttifaqının dağılmasından sonra itirdiyi imperiya əzəmətinə qaytarmağa çalışır. O, sovet sələflərinə, xüsusən də ona böyük miqdarda hərbi texnika miras qoyduqlarına görə təşəkkür edə bilər. Minlərlə köhnə tank və zirehli texnika sayəsində Putin üç ildir Ukraynada müharibəni davam etdirir. “The Economist” yazır ki, Putinin ordusu verdiyi itkilərlə, hətta […]