XİN Kolumbiyanın Müstəqillik Gününü təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kolumbiya dövlətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. XİN-in sosial şəbəkə hesablarında bununla bağlı paylaşım olunub.
ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Kəlbəcərdə baş verən mina hadisəsindən sonra növbəti dəfə əhaliyə çağırış ünvanlayıb. Çağırışda vətəndaşların təhlükəsizlik qaydalarına riayət etmələri, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmaları və bələd olmadıqları ərazilərə daxil olmamaları qeyd olunub. Mina təhlükəsi ilə bağlı mütləq riayət edilməli qaydalar aşağıdakılardır: Xatırladaq ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində […]
Ərdoğan Şimali Kiprdə səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfər edib. Türkiyə liderini Ercan hava limanında Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar qarşılayıb. Ərdoğan səfər çərçivəsində Kipr Sülh Hərəkatının 50-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.
Putinin güvəndiyi SSRİ silahları: artıq hamısı Ukraynada xərclənib – ARAŞDIRMA

Rusiya Prezidenti Vladimir Putin idarə etdiyi ölkəni Sovet İttifaqının dağılmasından sonra itirdiyi imperiya əzəmətinə qaytarmağa çalışır. O, sovet sələflərinə, xüsusən də ona böyük miqdarda hərbi texnika miras qoyduqlarına görə təşəkkür edə bilər. Minlərlə köhnə tank və zirehli texnika sayəsində Putin üç ildir Ukraynada müharibəni davam etdirir. “The Economist” yazır ki, Putinin ordusu verdiyi itkilərlə, hətta […]
II ixtisas qrupu üzrə Xırdalan məktəbinin məzunu maksimum bal toplayıb

II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı maksimum nəticə göstərib. Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Qəbul imtahanında 400 bal toplayan Ş.Novruzova imtahanın birinci mərhələsində 300 bal qazanıb və hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.
Kəlbəcərdə 55 yaşlı kişi minaya düşüb

55 yaşlı Xəlifə Hüseynov Həsən oğlu Kəlbəcər rayon Ağdaban kəndində minaya düşüb. “Report”un Qərb bürosunun məlumatına görə, onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Ermənistan riskli ölkəyə çevrilir: İrəvan regional təhlükəsizliyi təhdid edir – ANALİZ

Ermənistan hələ də dövlət ola bilmir. Etnos və bir ölkə kimi daim hansısa dövlətin himayəsi altında yaşamaq onların mövcudluğunun başlıca prinsipidir. Son 6 ildə hakimiyyətə gələn yeni qüvvələr istiqamət olaraq Qərbi seçsə də bu, ölkənin gələcəyi ilə bağlı ziddiyyətli vəziyyət yaradıb. Rəsmi İrəvan şimal və qərbə baxmaqla qeyri-müəyyən vəziyyətini davam etdirir. Bu, özünü bütün istiqamətlərdə […]
Jurnalistlər Milli Mətbuat Günündə CineMastercardda pulsuz filmə baxa biləcəklər

Jurnalistlər 22 iyun Milli Mətbuat Günündə CineMastercardda pulsuz filmə baxa biləcəklər. CineMastercard premium kinoteatrlar şəbəkəsi medianın müxtəlif sahələrində çalışan bütün jurnalistlərə bayram günündə istənilən filmə bilet hədiyyə edir. Bunun üçün kassaya yaxınlaşmaq, iş vəsiqəsini göstərmək, blankı doldurmaq və filmi seçməklə istədikləri filmə baxa bilərlər.
Britaniya səfirliyi: Hər şeyin təzəsi, dostun köhnəsi

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə diqqət çəkib. Səfirliyin “X” hesabında Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyü foto paylaşılıb. Başlıq olaraq isə “Hər şeyin təzəsi, dostun köhnəsi” məsəli qeyd olunub. Bildirək ki, fotoda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də yer alıb.
AYNA: Şuşa, Laçın və Xankəndi istiqamətində nəqliyyat sistemi hazırlanır

Şuşa, Laçın və Xankəndi şəhərləri istiqamətində nəqliyyat sistemi hazırlanır. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib. “Qarabağda həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşımanın həyata keçirilməsi üçün işlər gedir. Biz artıq müsabiqələr elan etmişik. Bərdə-Xankəndi, Bakı -Laçın marşrutları müsabiqəyə çıxarılıb, onların […]