Xaosun başlanğıcı – Yeni Kaledoniyanın müstəqillik tərəfdarı Fransa parlamentində – TƏHLİL

Fransada bazar günü keçirilən növbədənkənar parlament seçkilərinin ikinci mərhələsi sensasiyalı sonluqla nəticələndi. Jan-Lük Melanşonun solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası qalib gələrək Milli Assambleyada 174 mandat qazandı. Seçkilərin nəticələrinə görə, ikinci yeri tutan Emmanuel Makronun “Birlikdə” koalisiyası parlamentinin aşağı palatasında 156 yerə sahib olub. İlk turda qalib gələn Marin Le Penin “Milli Birlik” partiyası isə 143 […]
Pakistan Azərbaycana neft emalı zavodunda pay təklif edir

Pakistan Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək, o cümlədən onun Pakistan neft emalı zavodunda (“Pakistan Refinery Limited”) səhmdar kimi iştirak etməsi üçün təkliflər hazırlayıb. “Report” xarici mətbuata istinadən məlumat verir ki, bu məsələlər bu yaxınlarda Pakistanın planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər naziri Ahsan İqbalın sədrliyi ilə Azərbaycan tərəfinə təqdim olunacaq investisiya təkliflərinin yekunlaşdırılması üçün keçirilən iclasda müzakirə […]
Qarabağ Universitetinə mətbuat katibi təyin olundu

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub. Universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən, Aytən Quliyeva sözügedən vəzifəyə təyinat alıb. Qeyd edək ki,A.Quliyeva bu təyinata qədər Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Orbanın dörd ölkəyə səfəri – Avropa İttifaqına yenilənmə göstəricisi – ŞƏRH

Avropa İttifaqında (Aİ) Fransa və Almaniya hegemonluq etməyə səy göstərir. Bir sıra hallarda elə zənn edilir ki, bu iki dövlət İttifaqın patronudur. Böyük Britaniya öz müstəqilliyini qorumaq, Paris və Berlinin basqılarından qurtulmaq, onların iradəsində asılı olmamaq üçün “brexit” elədi. İttifaq daxilində öz müstəqilliyini qorumağa səy göstərənlərə daim təzyiq edilir. Macarıstan hökuməti ölkəsinin müstəqilliyinin qurum daxilində […]
Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

İyulun 9-dan 10-u gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Qarabağ bölgəsində) yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
İlham Əliyev Fikrət Əzizovu təltif etdi

Fikrət Nəhməd oğlu Əzizov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, F.Əzizov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Əziz Əzizov Suraxanıdan Beyləqana göndərildi

Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əziz İmran oğlu Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, Ə. Əzizov 2019-cu ildə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
Qusarın icra başçısı o oldu

Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, Qusarın əvvəlki icra başçısı Şair Alxasov bu ilin mayında vəzifəsindən azad edilmişdi.
Terminalı taladılar, qaçanda qəzaya düşdülər – Video

Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, qabaqcadan əlbir olan bir qrup şəxs gecə saatlarında marketlərdən birinin qapısını sındıraraq içəridə olan ödəmə terminalını talayıblar. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər – 1997-ci il təvəllüdlü Şamxal Qarayev, 1991-ci il […]
Ermənistanla sülh müqaviləsinin əsas şərti açıqlandı

“Azərbaycan sülh gündəliyinə sadiqdir. Biz bu istiqamətdə işlərimizi səylə davam etdiririk. Sülh müqaviləsinin imzalanması üçün əsas şərt təbii ki, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına münasibətdə dəyişikliklərlə bağlıdır”. Bu fikirləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov səsləndirib. Ceyhun Bayramov bildirib ki, Xarici İşlər Nazirliyi bundan sonra da dövlətin siyasi kursu əsasında xalqın milli maraqlarına […]