Terminalı taladılar, qaçanda qəzaya düşdülər – Video

Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.  Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, qabaqcadan əlbir olan bir qrup şəxs gecə saatlarında marketlərdən birinin qapısını sındıraraq içəridə olan ödəmə terminalını talayıblar.  Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər – 1997-ci il təvəllüdlü Şamxal Qarayev, 1991-ci il […]

Ermənistanla sülh müqaviləsinin əsas şərti açıqlandı

“Azərbaycan sülh gündəliyinə sadiqdir. Biz bu istiqamətdə işlərimizi səylə davam etdiririk. Sülh müqaviləsinin imzalanması üçün əsas şərt təbii ki, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına münasibətdə dəyişikliklərlə bağlıdır”. Bu fikirləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov səsləndirib. Ceyhun Bayramov bildirib ki, Xarici İşlər Nazirliyi bundan sonra da dövlətin siyasi kursu əsasında xalqın milli maraqlarına […]

Azərbaycanla Türkiyə arasındakı Saziş təsdiqləndi

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”  təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə tərəfinə bildiriş göndərməlidir. Qeyd edək ki, […]

Prezident Neft Fondunun büdcəsini təsdiqlədi

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2430 nömrəli Fərmanında dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb. Fərmana əsasən, Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirlər 12 073 255,5 manatdan 14 109 215,6 manata, xərcləri 12 900 232,5 manatdan 12 904 943,4 manata […]

Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq

“Mərkəzi Bank Azərbaycanda daha bir yerli təşkilata elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim edib. Baş bank ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi prosesinin hazırda davam etdiyini açıqlayıb”. Bu barədə VI çağırış parlamentinin deputatı olmuş Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, […]

“Sən onun oğluyla qucaqlaşırsan, yatırsan…” – Xalq artistindən sərt açıqlama

“Sən o ananın oğluyla öpüşürsən, qucaqlaşırsan, yatırsan-durursan, onun anasını bəyənmirsən. Bu, nətəri ola bilər?!”. Bu sözləri Xalq artisti, məşhur teatr və kino aktyoru İlham Namiq Kamal deyib. O, bu cür olayları paradoks adalndırıb: “O da sənin anandır da. Sən deyirsən həyat yoldaşını sevirsən. Bəs o necə sevgidir ki, onun anasına o məhəbbət yoxdur. Qabaqlar axı […]

Fransa 3 hissəyə parçalandı: Paris “döyüş” meydanına çevrilib – Makronu hansı təhlükə gözləyir?

Fransada parlament seçkilərinin nəticələri açıqlanıb. Necə oldu ki, respublika üç yerə parçalandı və niyə ekspertlər onun xaos dövrünə qədəm qoyduğunu deyirlər? Ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Yeni Xalq Cəbhəsi solçu alyansı Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdə qalib gələrək 182 yer qazanıb. İkinci yeri 168 mandat qazanan “Birgə!” prezident koalisiyası […]

Bu gün üç rayonda qaz olmayacaq

Bu gün Sabirabad, Hacıqabul və Ağsu rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax I xətt” yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli qol kəmərinin birləşdirilməsi ilə bağlı iyulun 8-də saat 08:00-dan etibarən işlər başa çatanadək “Qarasu […]

Günün qoroskopu: Hadisələrlə zəngin gündür

Aktualtv.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir  Qoç – Yeni layihəyə və ya genişmiqyaslı işə başlamaq üçün uğurlu gün deyil. Hisslərinizə hakim olun, emosiyalara qapılmayın. Maliyyə, əmlakla bağlı məsələlər barədə qərarı kimsə ilə məsləhətəşmədən verin. Günün ikinci yarısında deyilən hər sözə inanmayın.Axşam saatlarına yaxın impulsivlik arta bilər. Yaxınlarınızla […]

“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi “Soydaşlarımız arasında Azərbaycan dilinin təbliği” layihəsinə start verdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi tərəfindən icrasına başlanan “Soydaşlarımız arasında Azərbaycan dilinin təbliği” layihəsi 1 iyul – 30 sentyabr 2024-cü il tarixlərini əhatə edən üç ay müddətində həyata keçiriləcək. Təşkilatın sədri Nəsimi Həsənovun rəhbəri olduğu layihə diasporda yaşayan azərbaycanlılarla ana dili arasında olan sıx bağların […]