Husilər Qırmızı və Ərəb dənizlərində 160-dan çox gəmiyə hücum ediblər

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) ötən ilin noyabrından bəri Qırmızı və Ərəb dənizlərində ümumilikdə 162 gəmiyə zərbələr endirib. Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb. Hərəkatın lideri Abdel Malek əl-Husinin sözlərinə görə, cəmi bir həftə ərzində 6 gəmi hücuma məruz qalıb, bu müddət ərzində ballistik və qanadlı raketlərdən, pilotsuz uçuş aparatlarından istifadə edilib. Qeyd edək […]

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama aparılıb. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək: “Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir”.

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib – YENİLƏNİB

İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Dövlət başçısı görüşdə çıxış edib. Qeyd edək ki, “ŞƏT plyus” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ŞƏT-in sədri statusunda dəvəti ilə Zirvə toplantısında iştirak edir. Xatırladaq […]

Putindən mesaj: İstanbul razılaşmaları masa üzərindədir

Ukrayna üzrə İstanbul razılaşmaları “masa üzərində” qalır və danışıqlar prosesinin əsasını təşkil edə bilər. Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada deyib. “Rusiya danışıqlardan heç vaxt imtina etməyib və indi sülh danışıqlarını davam etdirməyə hazırdır. Danışıqlardan imtina edən məhz Ukrayna olub. Bunu açıq şəkildə Londonun, demək, Vaşinqtonun birbaşa göstərişi ilə edib”, – o vurğulayıb.

Azərbaycanda iki general ehtiyata buraxılıb

Müdafiə Nazirliyinin iki generalı ehtiyata buraxılıb. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev və Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz istəyi ilə ehtiyata buraxılıblar.

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib. “Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirak edəcək. Növbədənkənar iclasın mövzusu nəqliyyat, əlaqə və iqlim fəaliyyəti ilə dayanıqlı gələcəyin formalaşmasının təmin edilməsidir”, – o bildirib. M.Azımbakiyevin sözlərinə görə, sammit iştirakçıları […]

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

İyulun 5-də Bakıda hava yağmursuz keçəcək, rayonlarda isə şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % […]