Qanunsuz ağac kəsimi: 413 minlik ziyan…

İyun ayında paytaxtın Nəsimi rayonunun M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsində 198 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 413 min manatdan artıq ziyan vurulub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sözügedən ərazilərdə yaşıllıqların məhv edilməsinə dair vətəndaşların müraciəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş materiallar və mediada […]

İlham Əliyev Qırğız Respublikasının yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovun etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Maksat Mamıtkanov Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara və […]

Sabah 32 dərəcə isti olacaq – PROQNOZ

İyulun 2-də Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, […]

DİM sədri: İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür

İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir: “Təbii ki, bu da elmə əsaslanmalıdır”. M.Abbaszadə bildirib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir: […]

İlin sonunadək bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

İlin sonunadək uşaq bağçalarında çalışan tərbiyəçi müəllimlər üçün diaqnostika imtahanlarının keçirilməsi nəzərdə tutulur. Bunu elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, məqsəd həmin şəxslərin biliyinin qiymətləndirilməsidir: “Sertifikasiya imtahanlarından fərqli olaraq, burada hər hansı işçinin əmək müqaviləsinə xitam verilməsi məsələsi olmayacaq. Sadəcə imtahan nəticəsində hər […]

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

Bu gündən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb. Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Proses iyulun 30-da bitəcək. Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 20-də imzaladığı sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, […]

Qiymət tənzimlənməsi nəqliyyat xidmətlərinin keyfiyyətini yüksəldəcək – ANALİZ

Məlum olduğu kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Bildirilib ki, sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib. Beləliklə, müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib. […]

Bu gün Bakılılar Günüdür

1 iyul – Azərbaycanda Bakılılar Günü kimi qeyd edilir. Rəsmi şəkildə qeyd olunmasa da, bakılılar özləri yarızarafat, yarıciddi belə bir günün olduğunu iddia edirlər. Qeyd edək ki, Xəzər dənizinin qərb sahillərində, Abşeron yarımadasının cənubunda yerləşən tarixi bir şəhər Bakıya küləklər şəhəri də deyirlər. Quru subtropik iqlimi var. Ümumi sahəsi 2130 km2-dir və 11 administrativ rayondan […]

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, “Koroğlu” metrostansiyasının qarşısı, əsas yol, mərkəz istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Binəqədi şosesi, […]