Fransanın Mayot qorxusu: adanı itirmək geosiyasi və geoiqtisadi maraqlara ziddir – ŞƏRH

Fransaya qarşı keçmiş müstəmləkələrdə artan narazılıq səngimir. Ard-arda həmin ərazilərdə Fransa əleyhinə etirazlar qalxır, müstəmləkə üsul-idarəsinə qarşı narazılıqlar artır. Mövcud Emmanuel Makron hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində artıq Niger, Qabon və digər keçmiş müstəmləkələrdən Fransa biabırcasına qovulub və proses dənizaşırı vilayətləri də əhatə etməyə başlayıb.Rəsmi Paris bu gün də hər vəchlə müstəmləkə im­periyasını qorumağa, Fransız Polineziyası, […]

Azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artıb

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artıb. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibinə edilən dəyişiklikdə əksini tapıb. Aşağıdakılar Əlaqələndirmə Qərargahının yeni üzvləri olublar: – Elçin Yusubov – Xankəndi […]

Makron Fransası Gürcüstanı xaosa sürükləyir – ŞƏRH

Fransa prezidenti Emmanuel Makron “trend”dən geri qalmayaraq Gürcüstanı şantaj kampaniyasına qoşulub. O, Tbilisinin daxili işlərinə qarışmağa, etirazları dəstəkləməyə, qonşu bu ölkə ilə bağlı pozucu aktiv siyasətə başlayıb. Gürcüstanda yeni prezident seçildikdən sonra orada yenidən vəziyyəti gərginləşdirməyə, yeni siyasi böhran yaratmağa çalışılır. Bu böhranın önündə isə Fransa vətəndaşlığı olan prezident Salome Zurabişvili durur. Səlahiyyət müddəti bu […]

Prezident Bakıda yeni kilsənin tikintisindən danışdı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib. Roma Papasının sonuncu dəfə 2016-cı ildə Azərbaycana səfər etdiyini deyən dövlət başçısı həmin vaxt və özünün 2020-ci ildə Vatikana səfəri çərçivəsində Roma Papası ilə görüşlərini məmnunluqla xatırlayıb, Roma Papasını ölkəmizə səfərə dəvət edib. Səfərinin […]

Mehriban Əliyeva Ərdoğanın ifasını paylaşdı

[center][img]https://azadmedia.az/uploads/posts/2024-12/1734348757_mehriban-1.jpg[/img][/center] Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündə Azərbaycan xalq mahnısı “Sarı Gəlin”i ifa edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident Ərdoğanın bu videosunu sosial şəbəkə hesabında paylaşıb. Həmin paylaşımı təqdim edirik:

DTX-dən əməliyyat: Təxribat planlaşdıran ekstremist qruplaşma ifşa edildi

Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşları – 1984-cü il təvəllüdlü Şahmurov Fəxrəddin Hacı oğlu, 1960-cı il təvəllüdlü Muradov Calal Murac oğlu, 1998-ci il təvəllüdlü Babayev Kamran Kamil oğlu və digərlərinin Azərbaycan Respublikasının konstitusiya […]

Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklikləri I oxunuşda qəbul edib

Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişiklikləri I oxunuşda müzakirə edib. Bununla bağlı Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə layihə […]

Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramı hazırlanacaq

Azərbaycan hökuməti regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanmasını planlaşdırır. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib. “Sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur”, – deyə o qeyd edib.

Prezident İlham Əliyev Bəhreyn Kralını təbrik edib

Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib. Məktubda deyilir: “Əlahəzrət, Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələrinin genişləndirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra […]

Tibbi maska və onun istehsalı üçün xammal idxalına gömrük güzəştinin müddəti uzadılıb

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən və 31 dekabr 2024-cü il tarixində […]