Bayden debatı uduzdu: yerinə kim gələ bilər?

ABŞ Prezidenti Co Baydenin ilk canlı debatında Donald Tramp qarşısındakı zəif performansı ölkə və dünya mediasında səs-küyə səbəb olub. Bu barədə dünya mediasında müxtəlif xəbərlər dərc olunur. Nümayəndələr Palatasının üzvü Roy konstitusiyanın 25-ci maddəsindən istifadə edərək, prezidentin vəzifə və öhdəliklərini lazımi şəkildə yerinə yetirə bilmədiyi üçün Baydenin vəzifədən uzaqlaşdırılması ilə bağlı layihə hazırladığını bildirib. Layihə […]

Mirzoyn Azərbaycanla sülhdən danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin Cənubi Qafqazda sabit sülh nöqteyi-nəzərindən əhəmiyyətini vurğulayıb. Bu barədə o, alban həmkarı İqli Hasani ilə görüşdə danışıb. Mirzoyan normallaşma prosesini Xorvatiyanın Dubrovnik şəhərində keçirilən forumda alban həmkarına təqdim edib. Görüşdə Ermənistan-Albaniya münasibətlərinin inkişaf perspektivləri də müzakirə olunub.

İrandan inanılmaz hədə: Bütün cəbhələrdən tam hücum…

İranın BMT-dəki daimi nümayəndəliyi İsrailin Livana qarşı genişmiqyaslı hərbi təcavüzü halında “məhvetmə müharibəsi” təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə İranın BMT-dəki missiyasının X hesabında dərc edilən bəyanatda bildirilib. “İran sionist rejimin Livana hücum etmək niyyəti ilə bağlı təbliğatını psixoloji müharibə hesab edir. Buna baxmayaraq, İsrail əgər genişmiqyaslı hərbi təcavüzə keçərsə, məhvetmə müharibəsi başlayacaq. Bütün müqavimət […]

Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

Gəncə şəhər sakinləri M.Namazov, E Zeynalov və N.Kazımov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlar mübahisə nəticəsində başqa bir şəxsin içərisində benzin olan plastik qabı yandıraraq üzərlərinə atması nəticəsində xəsarət alıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, iyunun 29-da gecə saat bir radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə […]

Bakının mərkəzində yeni park salınır – Bəzi evlər SÖKÜLÜR

Paytaxt ərazisində yeni istirahət zonası salınacaq. Artıq bununla bağlı işlərə start verilib. Ərazidə qəzalı vəziyyətdə olan bir neçə ev sökülüb. Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonunda da müxtəlif tədbirlər görülür. Onun sözlərinə görə, sözügedən ərazidəki tikililər paytaxtın estetik görkəminə xələl gətirirdi. Qurum […]

Paşinyan Ərdoğanı razı salmaq üçün bunu etdi?

Fələstin dövləti layihəsini tanımağa hazır olan ölkələr siyahısına ABŞ-ın müttəfiqləri, AB və NATO üzvləri də qoşulub. Qafqaz kontekstində mühüm hadisə Ermənistanın Fələstinin müstəqilliyini tanımaq qərarı oldu. Rəsmi İrəvan müvafiq addımı 2024-cü il iyunun 21-də atıb. Bu barədə rusiyalı ermənipərəst politoloq Sergey Markedonov sosial şəbəkə hesabında yazıb. “Qafqaz geosiyasəti kontekstində bu (Ermənistanın Fələstin dövlətii tanıması – […]

AVRO-2024: Bu gün 1/8 final mərhələsinin oyunları start götürür

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün 1/8 final oyunlarına start veriləcək. Günün ilk matçında İsveçrə və İtaliya yığmaları üz-üzə gələcək. Berlindəki Olimpiya stadionunda keçiriləcək oyunda A və B qrupunun ikinciləri münasibətlərinə aydınlıq gətirəcək. Növbəti görüş isə Almaniya və Danimarka seçmələri arasında baş tutacaq. Meydan sahibləri A qrupunun birincisi, danimarkalılar isə […]

Rusiya İstintaq Komitəsinin rəhbəri ölüm hökmünün qaytarılması məsələsinə baxmağı təklif edib

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ölüm cəzasına qoyulan moratoriumun götürülməsi imkanının nəzərdən keçirilməsini təklif edib. Bu barədə İstintaq Komitəsinin sədri Sankt-Peterburqda keçirilən Beynəlxalq Gənclər Hüquq Forumunun plenar sessiyasında bildirib. O, ölkədə ağır cinayətlərin sayının artdığını qeyd edib və bununla bağlı ölüm hökmünün qaytarılması barədə düşünməyi təklif edib: “Biz ölüm cəzasına qoyulan moratoriumun götürülməsi imkanlarını […]

MSK sabah növbədənkənar parlament seçkilərinə rəsmən start verəcək

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri prosesinə start verəcək. Bununla bağlı MSK-nın iyunun 29-da iclası keçiriləcək. İclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiqlənəcək. Toplantıda həmçinin işçi və ekspert qrupları yaradılacaq. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli […]

Bəzi rayonlarda çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

Sabah Daşkəsən–Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgələrində Çaylarda gözlənilən daşqın və sellə bağlı xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib. Məlumata görə, həmin bölgələrə leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi gözlənilir ki, bu da qeyd olunan ərazilərdən axan çaylarda sululuğun artması və […]