Qərbin növbəti planı: Ermənistan yeni avantüraya sürüklənir – ŞƏRH
Ermənistan Qərbin diktəsi ilə Azərbaycana qarşı təxribata çəkilir. Təbii ki, söhbət yeni müharibədən deyil, Azərbaycanla şərti sərhəd bölgələrdə qısamüddətli təxribatlar törətməkdən gedə bilər. Ermənistan hakimiyyəti nə müharibə aparmağa, nə də hər hansı bir uğur qazanmaq iqtidarındadır. Sadəcə, Fransa başda olmaqla Qərb və onun strukturları İrəvanı buna inandırmağa çalışır. Fransadan Ermənistana silah tədarükü, Hindistandan silah alınması, […]
KTMT-nin növbəti sessiyası gələn il Qırğızıstanda keçiriləcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyası 2025-ci ilin dördüncü rübündə Qırğızıstanda keçiriləcək. “Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov qurumun sessiyasının yekunlarına dair bildirib. “Biz 2025-ci ildə regional və beynəlxalq vəziyyətə dair ümumi baxışların formalaşdırılması üçün xarici siyasət sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə diqqət yetirmək niyyətindəyik”, – S.Japarov qeyd edib. Qırğızıstan lideri […]
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında – Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mərkəzi Nəbatat Bağında yaradılan şəraitlə bağlı ətraflı məlumat verib. Qeyd edək ki, dövlət başçısı Mərkəzi Nəbatat Bağında görülən işləri daim diqqət mərkəzində […]
Kobaxidze yenə baş nazir oldu – Gürcüstan hökuməti təsdiqləndi – SİYAHI
11-ci çağırış Gürcüstan parlamenti İrakli Kobaxidzenin rəhbərlik etdiyi yenilənmiş hökumətə və 2025-2028-ci illər üçün “Avropa üçün yalnız sülh, ləyaqət və firavanlıq” adlı hökumət proqramına etimad göstərib. Hökumət proqramına əsasən, Gürcüstanın iki ən mühüm milli məqsədi var: ölkənin ərazi bütövlüyünü dinc yolla bərpa etmək və yoxsulluğu tamamilə aradan qaldırmaq. Proqrama dövlət siyasətinin dörd əsas istiqaməti daxildir: […]
Ermənistanın himni dəyişir – Hökumət TƏSDİQLƏDİ
Noyabrın 28-də Nikol Paşinyanın rəhbərliyi ilə hökumətin növbəti iclası keçirlib. Aktualtv.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətin bugünkü iclasında “Ermənistan Respublikasının himni haqqında” qanuna dəyişiklik layihəsi təsdiqlənib. Layihədə himnin, eləcə də onun ifası ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi təklif edilir. Himninin bir rəsmi versiyasının yaradılması təklif olunur. “Baş nazir olduğum müddətdə rəsmi tədbirlərdə himn […]
Azərbaycan XİN Albaniyanı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Albaniyanı Milli Günü münasibətilə təbrik edib. Bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib. “Albaniyanı Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Milli bayramınız mübarək”, – paylaşımda qeyd olunub.
Suqovuşan-Kəlbəcər yolunun inşası davam edir – VİDEO
İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam etdirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, uzunluğu 80 km, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı olmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda avtomobil yolunda layihə üzrə […]
Ukraynada daha bir azərbaycanlı həlak olub – Foto
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Goranboy rayon, Nadirkənd sakini Şəhriyar Cəlilov noyabrın 17-si Xarkov istiqamətində həlak olub. Bildirilib ki, o, əvvəl Daxili Qoşunlarda baş leytenant kimi xidmət edib, sonra ordudan tərxis olunaraq Rusiya ordusunun sıralarına qoşulub. Ş.Cəlilovun meyiti hazırda Ukrayna tərəfinin nəzarət […]
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Qeyd edilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayır. MSK-nın qərarına əsasən, növbəti […]
BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr
28 noyabr 1578-ci ildə Ağsu çayı sahilində, Mollahəsən kəndi yaxınlığında Səfəvi qoşunları ilə Osmanlı dövlətinin müttəfiqi, Krım xanı Adil Gərayın qoşunları arasında döyüş olub. Səfəvi qüvvələri qalib gəlib. Krım xanı yaralanaraq əsir düşüb, onun qoşun hissələri isə Osmanlının nəzarətindəki Dərbəndə geri çəkilib. Lakin sonrakı hərbi əməliyyatlar Osmanlının üstünlüyü ilə keçdi və müharibə Səfəvilərin Şimali Azərbaycanı […]