Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır

Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Qeyd edilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayır. MSK-nın qərarına əsasən, növbəti […]

BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr

28 noyabr 1578-ci ildə Ağsu çayı sahilində, Mollahəsən kəndi yaxınlığında Səfəvi qoşunları ilə Osmanlı dövlətinin müttəfiqi, Krım xanı Adil Gərayın qoşunları arasında döyüş olub. Səfəvi qüvvələri qalib gəlib. Krım xanı yaralanaraq əsir düşüb, onun qoşun hissələri isə Osmanlının nəzarətindəki Dərbəndə geri çəkilib. Lakin sonrakı hərbi əməliyyatlar Osmanlının üstünlüyü ilə keçdi və müharibə Səfəvilərin Şimali Azərbaycanı […]

“Qarabağ” “Lion”a qarşı

Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində V tur oyununa çıxacaq. Ağdam təmsilçisi evdə Fransa “Lion”u ilə qarşılaşacaq.  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək. UEFA Avropa Liqası Liqa mərhələsi, V tur 28 oktyabr 21:45. “Qarabağ” (Azərbaycan) – “Lion” (Fransa) Hakimlər: Nenad Minaković, Nikola Borović, […]

“Qarabağ” güclü kollektivdir” – “Lion”un baş məşqçisi

Lion “Olimpik”i sabah Avropa Liqasının liqa mərhələsinin 5-ci turunda “Qarabağ”la qaşılaşacaq. Fransa klubunun baş məşqçisi Pyer Sajın oyundan bir gün öncə mətbuat konfransı keçirilib. Fransalı çalışdırıcı oyunda iddialı şəkildə performans nümayiş etdirmək üçün gəldiklərini bildirib: “Oyunda iddialı şəkildə performans nümayiş etdirmək üçün gəlmişik. Burada xüsusi bir ssenari yoxdur. Oyunun qələbəmizlə bitəcəyinə ümid edirik. Adəti üzrə […]

RF XİN: Moskva Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edir

Rusiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində tərəfdaşlığın tam bərpa olunacağına ümid edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə “NEWS.ru”nun sualını cavablandırarkən bildirib. “Ermənistan Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinin alternativsiz mexanizmi olan KTMT-nin de-yure tamhüquqlu üzvüdür. Ermənistan bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Ümid edirik ki, […]

Seçkilərin yekun nəticəsi bu tarixdə bəlli olacaq

Səsvermə günü – yanvarın 29-da seçicilərin səsvermədə iştirakı barədə məlumatlar gündə 5 dəfə veriləcək. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib. O bildirib ki, seçkilərin yekunlarının yoxlanması gələn il fevralın 18-dək, seçkilərin yekunlarının elanı isə fevralın 23-dək başa çatacaq.

İlham Əliyev Fərman imzaladı

Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”nı təsdiq edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bu Qaydalar işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə icarəyə verilməsi nəzərdə tutulmuş kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə investisiya müsabiqələrinin keçirilməsinin müvəqqəti qaydalarını müəyyən edir. […]

Daha bir rektor işdən çıxarıldı

Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, A.Novruzov sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yerinə deputat seçilib. O, 2020-ci ilin fevralında Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilmişdi.

Prezident onu rektor təyin etdi – Sərəncam

Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Kamilə Dadaş-zadənin son iş yeri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub. O, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində noyabrın 28-dən 29-u axşamadək arabir yağış yağacağı gözlənilir. Bununla bağlı Milli Hidrometrologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq […]