RF XİN: Moskva Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edir

Rusiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində tərəfdaşlığın tam bərpa olunacağına ümid edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə “NEWS.ru”nun sualını cavablandırarkən bildirib. “Ermənistan Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinin alternativsiz mexanizmi olan KTMT-nin de-yure tamhüquqlu üzvüdür. Ermənistan bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Ümid edirik ki, […]

Seçkilərin yekun nəticəsi bu tarixdə bəlli olacaq

Səsvermə günü – yanvarın 29-da seçicilərin səsvermədə iştirakı barədə məlumatlar gündə 5 dəfə veriləcək. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib. O bildirib ki, seçkilərin yekunlarının yoxlanması gələn il fevralın 18-dək, seçkilərin yekunlarının elanı isə fevralın 23-dək başa çatacaq.

İlham Əliyev Fərman imzaladı

Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”nı təsdiq edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bu Qaydalar işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə icarəyə verilməsi nəzərdə tutulmuş kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə investisiya müsabiqələrinin keçirilməsinin müvəqqəti qaydalarını müəyyən edir. […]

Daha bir rektor işdən çıxarıldı

Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, A.Novruzov sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yerinə deputat seçilib. O, 2020-ci ilin fevralında Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilmişdi.

Prezident onu rektor təyin etdi – Sərəncam

Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Kamilə Dadaş-zadənin son iş yeri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub. O, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində noyabrın 28-dən 29-u axşamadək arabir yağış yağacağı gözlənilir. Bununla bağlı Milli Hidrometrologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq […]

İsrail-Livan atəşkəsi: kim nə qazanıb? – TƏHLİL

Bütün savaşlar atəşkəs və danışıqlarla baş çatır. Yaxın şərqdə də gərginliyin azalması istiqamətində addım atılıb. Belə ki, noyabrın 27-si Bakı vaxtı ilə saat 12:00-dan İsraillə Livan arasında atəşkəs rejimi qüvvəyə minib. İsrailin hərbi-siyasi kabineti atəşkəsə dair sazişi təsdiqləyib. 2023-cü il oktyabrın 8-də Livandakı “Hizbullah” siyasi-silahlı qruplaşma HƏMAS-ı dəstəklədiyini bildirərək İsrailə qarşı müharibə elan etmişdi. Sazişə […]

Jurnalistlərlə bağlı layihə I oxunuşdan keçdi

Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizi hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər […]

Makron Fransası beynəlxalq hüququ pozur – Korsika dilini məhdudlaşdırır – ŞƏRH

Fransada beynəlxalq hüquq və normaların pozulması adi hala çevrilib. Dünyada ən çox müstəmləkəçilik siyasəti yürüdən rəsmi Paris bu tarixi xəttə sadiq qalır. Ən çox hüququ pozulan yerlərdən biri də Korsikadır. Fransa məhkəməsi Aralıq dənizindəki adanın yerli məclislərində Korsika dilinin istifadəsini qadağan edib ki, bu da onun müstəqillik hərəkatına zərbədir. Marsel İnzibati Apellyasiya Məhkəməsinin qərarında deyilir […]

Sahil Babayev: “Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb”

Azərbaycan hökuməti son 5 ildə 4 milyon insanı əhatə edən 7 milyard manatlıq 4 sosial paket reallaşdırıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. Bundan başqa, nazir deyib ki, son 5 ildə ölkədə məşğulluq sistemində böyük transformasiya olub: “Əmək müqavilələrinin sayı 600 min ədəd artıb. […]