QHT: İqlim maliyyələşdirilməsi Qlobal Şimalın etdiyi talanın kiçik bir hissəsidir

Qlobal Şimal ölkələri təkcə 2030-cu ilə qədər dekarbonizasiya olunmamalı, həm də iqlim böhranının təsirlərinin yumşaldılması səylərinin “pulsuz istifadəsini” dayandırmaq üçün 1 trilyon maliyyə vəsaitini təmin etməlidir. Bunu Böyük Britaniyanın “War on want” QHT-nin nümayəndəsi Əsəd Rəhman “İqlim Ədaləti üçün Qlobal Kampaniya (DCJ)” şəbəkəsinə daxil olan beynəlxalq QHT-lərin nümayəndələrinin mətbuat konfransında bildirib. “Buna görə də vətəndaş […]

Prezident bu mərkəzləri ləğv etdi – Sərəncam

Prezident İlham Əliyev “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilir. Sərəncama əsasən, Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri […]

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Pakistanda törədilən terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında yazılıb. “Pakistanın Kurram bölgəsində çoxlu dinc sakinin silahlı hücum nəticəsində ölməsi və yaralanması xəbərindən təsirləndik. Bu dəhşətli hücumla əlaqədar həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı veririk”, – paylaşımda bildirilib.

Xaçmazda yol qəzası olub, ölən və yaralananlar var

Xaçmaz rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol qəzası olub. “Report”un Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Opel” markalı minik avtomobili hərəkətdə olan “Ford” markalı yük avtomobilinə çırpılaraq onu əks istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinin yoluna atıb. Nəticədə […]

“Anadolu S”ə hücum – husilərin Türkiyəni təxribata çəkmək cəhdi – TƏHLİL

Türkiyə Cümhuriyyətini Yaxın və Orta Şərqdə çirkli oyunlara cəlb etmək istəyənlər müxtəlif üsullara əl atır. Noyabrın 20-də Qırımız dənizdə Panama bayrağı altında üzən Türkiyənin “Anadolu S” yük gəmisini husi qiyamçıları raket atəşinə tutub. Husilər Qırmızı dənizdə yük gəmisinə hücum etdiklərinə dair açıqlama yayıblar. Regionda yerləşən beynəlxalq hərbi koalisiya Panama bayrağı altında üzən gəmiyə iki raketin […]

COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?

“Bütün ölkələr öz mənfəətlərini düşünür, lakin indi biz fərqliliklərimizə baxmayaraq, bir ölkə, bir vahid kimi düşünməliyik”. Bunu “Misir xəyal fondu”nun prezidenti Məhəmməd Həqqaq Bizim.Media-ya açıqlamasında bildirib. Məhəmməd Həqqaqın sözlərinə görə, onun komandası iqlim dəyişikliyinə qarşı elmi həllər təqdim edir: “Ümid edirik ki, bu konfrans iqlim dəyişikliyinə qarşı mübarizədə bir dönüş nöqtəsi olacaq. Eyni zamanda, COP-un gündəliyində […]

Nazir: Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir

Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, vətəndaş heç vaxt işləməyib, ya da qeyri-formal işləyibsə, ona […]

Sabah hava əsasən yağmursuz keçəcək

Noyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12° isti, gündüz 13-17° […]

Prezident gələn il böyük sosial islahatlar həyata keçirəcək

“Gələn il pensiyaların indeksləşdirilməsi planlaşdırılır”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib. “Ölkə başçısı tərəfindən növbəti ildə böyük sosial islahatlar həyata keçiriləcək. Gələn il həm minimum əməkhaqqının, həm minimim pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, […]

Baş nazirdən şəhid ailələri ilə bağlı – Yeni Qərar

Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qaydalara əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda, eləcədə hər hansı bir səbəbdən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin şəxsin […]