Baş nazirdən şəhid ailələri ilə bağlı – Yeni Qərar

Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qaydalara əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda, eləcədə hər hansı bir səbəbdən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin şəxsin […]

Alimenti təkcə ata ödəməli deyil – Məbləğ necə hesablanır?

Bir çox halda boşanandan sonra da tərəflər arasında mübahisələr davam edir. Təbii ki, narazılıqlar ən çox alimentlə bağlı olur. Maraqlıdır, alimenti ancaq valideynlər ödəməlidir? Onun məbləği necə müəyyən olunur? Ailə Məcəlləsinə görə, nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməkdir. […]

Dünya bazarlarında neftin qiyməti artıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,22% artaraq 1 barelə görə 72,98 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,25% artaraq 1 barelə görə 68,92 ABŞ dolları […]

BİZİM TƏQVİM: 21 noyabrda baş vermiş tarixi hadisələr

Bu gün Qafqazın ən böyük siyasi partiyası olan YAP-ın yarandığı gündür. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı keçirilib. Partiya 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları yaradılıb. YAP-ın təsis konfransında […]

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Daha 4 qanun layihəsi plenar iclasına tövsiyə olundu

Noyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov gündəliyə birinci oxunuşda 4 qanun layihəsinin daxil edildiyini bildirib. O qeyd edib ki, birinci məsələ Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Bu dəyişikliklər vergilərdə güzəştlərlə bağlıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli […]

Azərbaycan və İran əlaqələrinin mövcud vəziyyəti müzakirə edilib

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 20-də İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğunun məmnunluqla vurğulandığı bildirilib: “Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb. Söhbət zamanı […]

Nazir: Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq

Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, Dünya Bankı poçt şöbələrinin fəaliyyəti üçün kredit ayırmışdı: “Bununla Mərkəzi Bank ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məşğul idi. […]

Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Qarakənd faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib. Bu barədə qurumun “X” hesabında yazılıb: “Azərbaycanın Xocavənd rayonunun Qarakənd şəhərində baş vermiş faciədən 33 il ötür. 1991-ci il noyabrın 20-də Azərbaycanın 22 yüksək səviyyəli dövlət xadimini, jurnalistini və sülh missiyasının üzvlərini daşıyan mülki vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən vurulub”, – paylaşımda bildirilib. 

İslandiyalı nazir müavini: İqlim dəyişikliyinin nəticələri bu sahədə əməkdaşlığı zəruri edir

İqlim dəyişikliyinin nəticələri iqlim böhranı ilə mübarizədə əməkdaşlığı zəruri edir. Bunu İslandiyanın ətraf mühit, enerji və iqlim nazirinin müavini Helqa Barodotir COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib. “2024-cü il, çox güman ki, bəşər tarixinin ən isti ili və 1,5 dərəcə həddini keçən ilk il olacaq. Bu cür istiləşmə səviyyəsinin planetimizə gətirdiyi dəyişikliklər dağıdıcıdır. Son illərdə […]