Ərdoğan Britaniya Baş naziri ilə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilib ki, liderlər, həmçinin qarşılıqlı ticarət həcminin artırılması barədə danışıblar. Onlar eyni zamanda regional və beynəlxalq məsələlər barədə […]

COP29-a ev sahibliyi edən ölkə seçildikdən sonra hədəfə çevrildik

Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında söyləyib. Özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa girdiklərini vurğulayan dövlət başçısı […]

İlham Əliyev: Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək

Biz həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında söyləyib. Bunlardan birinin Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi olduğunu söyləyən dövlət başçısı qeyd edib: “Bunun sayəsində biz yaşıl enerjini […]

Azərbaycan bu sahədə liderliyini qoruyur – ABŞ səfiri

Əhəmiyyətli Günəş və külək enerjisi potensialına malik Azərbaycan karbohidrogen sektorunda dayanıqlı inkişaf və emissiyaların azaldılması sahəsində liderliyini nümayiş etdirir. Bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi COP29-da təmsil etdiyi ölkəyə məxsus pavilyonun açılış mərasimində deyib. Diplomat Azərbaycanın COP29 iqlim konfransının uğurlu təşkilində göstərdiyi səyləri alqışlayıb. “Biz iki həftə məhsuldar və ruhlandırıcı danışıqlar gözləyirik. Mən COP29-da ABŞ […]

Tehran həbsxanasında güney azərbaycanlı məhbus aclıq aksiyasına başlayıb

İranın paytaxtı Tehranın Evin zindanında saxlanılan güney azərbaycanlı fəal və hüquqşünas Tahir Nəqəvi aclıq aksiyasına başlayıb. Məlumatı “Azadiran” yayıb. Bildirilib ki, Tahir Nəqəvi həbsxana nəzarətçisinin ona qarşı haqsızlığına, təzyiq və hədələrinə etiraz olaraq bu addımı atıb. Məlumata görə, noyabrın 12-də o, həbsxanada həkimə müraciət edib. Daha əvvəl ona qarşı fiziki təzyiqlər etmiş, işgəncə vermiş nəzarətçilərdən […]

COP29-da dini liderlər də iştirak edir

“Allah-təalanın bizim üçün yaratdığı dünyanı qoruyub saxlamaq hər kəsin ən müqəddəs borcudur. Hazırda dünyada baş verən hadisələr, müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsir göstərir”. Bu fikirləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O xatırladıb ki, COP29 iqlimlə […]

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 29 il əvvəl – 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ […]

Ərdoğan Bəşər Əsədlə bir arada

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə Toplantısında iştirak edib. Sammitdə Suriya prezidenti Əsəd də iştirak edib. İki liderin Ər-Riyadda mümkün görüşü ilə bağlı rəsmi açıqlama verilməyib.

Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşdü

Baş nazir Əli Əsədov noyabrın 11-də Anqolanın vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb. Görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un əhəmiyyəti vurğulanıb. Azərbaycanın Afrika dövlətləri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına önəm verdiyi bildirilib. Görüşdə Azərbaycan-Anqola ikitərəfli əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.