AZCON yaradıldı

Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında fərman imzalayıb. Frmana əsasən, Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib. Bunlar “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq […]

Hikmət Mirzəyev general-polkovnik oldu

Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, H.Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanıdır.

İlham Əliyev onlara ali hərbi rütbələr verdi – Siyahı

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib: “general-polkovnik” ali hərbi rütbəsi general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə “general-mayor” ali hərbi rütbəsi polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova polkovnik Gündüz Əliş oğlu Əbdülova polkovnik Azər Əlövsət oğlu Qasımova “ədliyyə general-mayoru” […]

Dünya azərbaycanlılarının COP29-la bağlı bəyanatı

Dünya azərbaycanlıları COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir: “Biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən ekoloji siyasəti, qlobal ekoloji böhran şəraitinin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində Azərbaycanın atdığı mühüm addımları və səmərəli fəaliyyətini təqdir edir, 11-22 noyabr 2024-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının […]

Şarl Mişel Azərbaycana gələcək

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bunu “Report”a açıqlamasında Avropa İttifaqı Şurasının prezidentinin mətbuat katibi Yekaterina Kazinqe deyib. Xatırladaq ki, COP29 bu il noyabrın 11-22-də Bakıda keçiriləcək.

Ödənişli yoldan bu kartla keçəcəyik – Video

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın satışına başlanılır. Bu barədə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” (AAYDA) məlumat yayıb. Bildirilib ki, “Sürətli Keçid Kartı”nı Sumqayıt 2, Quba və Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı “ASAN xidmət” mərkəzlərindən, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrində yerləşən satış məntəqəsindən, eyni zamanda Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid […]

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Torpaq icarəsi haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklərdə bağlı qanun layihəsində öz əksini tapıb. Layihədə qeyd […]

Zəfər Gününün havası açıqlanıb

Azərbaycanda noyabrın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı […]