Günə yenə tıxacla başladıq – Siyahı

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 4. Əbdülvahab Salamzadə […]

Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür. Xatırladır ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. 2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və […]

Ərdoğan bu axşam Təhlükəsizlik Şurasını toplayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam Təhlükəsizlik Şurasını toplayacaq. Bu barədə “Trt Haber” məlumat yayıb. Məlumata görə, Prezident Təhlükəsizlik Şurasının iclasını İstanbulda Atatürk Hava Limanında keçirəcək. Qeyd edək ki, R.T.Ərdoğan BRICS sammitində iştirak etmək üçün getdiyi Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazandan İstanbula geri dönüb.

“İrəvana “gözün üstə qaşın var” deyən olmayıb”

Adı korrupsiya və rüşvət qalmaqallarında hallanan Avropa Parlamentində (AP) anti-Azərbaycan ritorika, qərəz səngimir. Erməni lobbisinin maliyyə təsiri altında olan avroparlamentarilər növbəti dəfə Azərbaycan əleyhinə qətnamə qəbul ediblər. Sənəddə əks olunan bəzi məsələləri anti-Azərbaycan ritorikanın pik həddi hesab etmək olar. Yenə də erməni sevgisi, Azərbaycanofobiya və riyakarlıq açıq hiss olunur. Qətnamədə Avropa İttifaqı rəhbərləri, xüsusilə qurumun […]

Paytaxtın dörd rayonunda qaz olmayacaq

25.10.2024-cü il saat 09:30-dan etibarən Binəqədi rayonu, 9-cu mkr. ərazisində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması və xəttin təmiri, saat 10:00-dan isə Suraxanı rayonunda sayğacların quraşdırılması, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonunda qaz xəttinin mənbəyə qoşularaq tıxaclanması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib […]

İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib

Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı deyib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün […]

Türkiyəni regional savaşa qatmaq cəhdi – 93 ildir əməl olunan Atatürk vəsiyyəti – ANALİZ

Türkiyənin təhlükəsizliyi yenə təhdid olunub. Paytaxt Ankaradan 40 km aralı yerləşən Türkiyə Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) yaxınlığında törədilən terror nəticəsində beş nəfər ölüb, 22 nəfər yaralanıb. Yaralıların yeddisi polis əməkdaşı olub. Daxili işlər naziri Ali Yerlikaya terror aktını törədən iki nəfərin, qadın və kişinin öldürüldüyünü bildirib. Onun sözlərinə görə, terror hücumunu İnqilabi Xalq-Azadlıq […]

Temperatur 4-6 dərəcə enəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Oktyabrın 25-də əsasən Azərbaycanın şərq rayonlarında, 26-da isə şimal və […]

Mahmud Abbas: Fələstin BRICS-ə üzv olmaq arzusunu təsdiqləyib

Fələstin Prezidenti Mahmud Abbas BRICS sammitində çıxışı zamanı dövlətin tezliklə təşkilata daxil olacağına ümid etdiyini bildirib. Bu barədə Rusiya KİV-i məlumat yayıb. “Biz BRICS ölkələrinin liderlərinə Fələstin məsələsində tutduqları mövqeyə görə təşəkkürümüzü bildirir və ölkəmizin təşkilata qoşulmaq istəyini təsdiq edirik”, – o bildirib.

Emin Əmrullayev: Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik

Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Report”un əməkdaşının sualına cavab olaraq jurnalistlərə açıqlamasında deyib. “Biz daha çox azərbaycanlının ali təhsil almağını istəyirik. Buna da nail oluruq. Hazırda 20 il əvvəllə müqayisədə iki dəfə çox insan ali təhsil alır. Proses davam edəcək. 2026-cı ilə kimi qəbul planının […]