Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım Alpsar Turan dünyasını dəyişib

Qeyd edək ki, Feyzavər Alpsar 31 dekabr 1919-cu ildə anadan olub.

AKTUAL TV xəbər verir ki, Feyzavər xanım Alpsar İstanbulda 101 yaşında vəfat edib.

2017-ci ildə Feyzavər xanım tərəfindən Əli bəy Hüseynzadəyə aid 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti Azərbaycan hökumətinə hədiyyə olunub. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa edilib. Əsərlər hazırda Azərbaycan İstiqlal Muzeyində sərgilənir. 2018-ci il il martın 17-də Əli bəy Hüseynzadənin dünyasını dəyişdiyi gün Feyzavər xanım “Dostluq” ordeni ilə təltif edilib. Qeyd edək ki, ötən il Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Feyzavər Alpsar Turanı İstanbuldakı evində ziyarət edib. Komitə sədri Xalq Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, Xalq Cümhuriyyətin yaradılmasında iştirak edən şəxslərin ailə üzvlərinə verilən “Xalq Cümhuriyyətinin 100 illik medalı”nı Feyzavər Alpsara təqdim etmişdi. Allah rəhmət eləsin!

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]