Buraxılış imtahanları ilk olaraq bu bölgələrdə KEÇİRİLƏCƏK

Buraxılış imtahanlarının keçirilməsinə pandemiya ilə bağlı vəziyyətin daha yaxşı olduğu bölgələrdən başlanacaq.

AKTUAL TV  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.

Onun sözlərinə görə, buraxılış imtahanları keçirilən zaman bölgələrdəki epidemioloji vəziyyət nəzərə alınacaq və onun əsasında imtahanların keçirilmə ardıcıllığı müəyyən ediləcək.

Bu il 11-ci sinif şagirdləri üçün buraxılış imtahanının ötən illərdə olduğu kimi bir mərhələdə keçiriləcəyini deyən N.Hüseynovanın sözlərinə görə, buraxılış imtahanının iyundan keçirilməyə başlanılması planlaşdırılır:

“İmtahanların dəqiq tarixlərini indidən söyləmək mümkün olmayacaq. Çünki bu tarixlərin müəyyən edilməsi sırf Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarından asılıdır. Pandemiya ilə bağlı vəziyyət hansı bölgədə daha stabil, yaxşı olsa, imtahanların həmin bölgələrdən keçirilməsinə başlanılacaq. Məsələn, hazırda Gəncə və Lənkəranda koronavirusa yoluxma ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Ona görə də həmin bölgələrdə imtahanlar yəqin ki, ən axırıncı mərhələdə keçiriləcək. Bakı şəhəri də 11-ci sinif buraxılış imtahanının keçirilməsinə görə ərazilər üzrə bölünəcək. Yasamal rayonunda koronavirusla bağlı vəziyyət bir o qədər ürəkaçan deyil. Ona görə də Yasamal rayonunda buraxılış imtahanlarının iyunun sonunda keçirilməsi planlaşdırlılır”. /Trend/

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]