Azərbaycan Qran-prisinin yeni tarixi açıqlanıb

“Formula-1” üzrə dünya çempionatının ilkin təqvimi açıqlanıb.

AKTUAL TV məlumatına görə, “Autosport” koronavirus pandemiyası üzündən hələ də başlamayan 2020-ci il mövsümünün təqvimini dərc edib.

İlkin təqvim “Formula-1”, “Formula-2” və “Formula-3” yarışlarını əhatə edir. 12 mərhələdən ibarət çempionatın Azərbaycan Qran-Prisinin vaxtı da açıqlanıb.

Bakıdakı mərhələ sentyabrın 19-20-nə planlaşdırılıb. “Autosport”un təqviminə əsasən hələlik yalnız “Formula-2”nin ölkəmizdə keçirilməsi dəqiqdir.

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın “Bild” nəşri də öz mənbələrinə əsasən təqvim dərc etmişdi. Azərbaycan Qran-Prisi həmin təqvimdə daha tez – sentyabrın 5-6-da təşkil olunacağı bildirilirdi.

4-5 iyul – Avstriya
11-12 iyul – Avstriya
25-26 iyul – Böyük Britaniya
1-2 avqust – Böyük Britaniya
8-9 avqust – Almaniya və ya İspaniya
22-23 avqust – Macarıstan
29-30 avqust – Belçika
5-6 sentyabr – İtaliya
19-20 sentyabr – Azərbaycan (hələlik yalnız “Formula-2”)
26-27 sentyabr – Rusiya (hələlik yalnız “Formula-2”)
5-6 dekabr – Bəhreyn
12-13 dekabr – BƏƏ.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]